Bu gün:

Meşə yanğınlarının qarşısını necə almaq olar?



Yanğın mövsümündə və xüsusilə, yanğına həssas dövrlərdə (son dərəcə isti, quru və küləkli hava) səlahiyyətli dövlət orqanlarının xəbərdarlığına əməl edilməli, nəşrlərə (TV, qəzet, internet və s.) daim riayət edilməlidir.  Meşə sahələrində və ya yaxın ətraflarda tikilmiş bina və qurğularda hər cür yanğından mühafizə tədbirləri görülməli və mümkün yanğınların meşəyə keçməsinin qarşısını almaq üçün mühafizə tədbirləri görülməlidir (bina ilə kifayət qədər məsafə saxlanmalıdır,alışan materiallar və meşə olmamalıdır). Yanğınsöndürmə sistemləri hazırdır və işləyir, davamlı və effektiv idarəetmə sistemi qurulur, binada və ya onun ətrafında yanan və ya partlayıcı materiallar saxlanılmır). Bu tədbirlər həmçinin meşə yanğınları zamanı binalara, obyektlərə və insanlara dəyən ziyanın qarşısını alacaq. Meşədə və ya onun yaxınlığındakı bina və qurğuların çöl və dam örtüklərinin oda davamlı materiallardan olmasına diqqət yetirilməlidir. Meşə ərazilərinə daxil olan, çıxan və ya istifadə edilən bütün növ nəqliyyat vasitələri və avadanlıqlar, xüsusən də motorlu nəqliyyat vasitələri qığılcım yaratmamaq, həmçinin meşə yanğınlarına səbəb olmamaq üçün müntəzəm texniki qulluq edilməli və təmir edilməlidir. Təcili rabitə sistemləri hər zaman işlək vəziyyətdə saxlanılmalıdır. Mümkün bir yanğın zamanı nə etməli, əvvəlcədən planlaşdırılmalı və davamlı olaraq nəzərdən keçirilməli və həyata keçirilməyə hazır vəziyyətə gətirilməlidir. Zəruri hallarda səlahiyyətli qurumlarla (meşə təşkilatı, yanğınsöndürmə briqadası və s.) birgə yanğınsöndürmə təlimləri keçirilməlidir.

Mənbə : Enerjisa
Tərcümə etdi : Sudana Əsədova

Paylaş
Şərh əlavə et