Bu gün:

Bitkilər qaranlıq bir mühitdə nə üçün böyümür?



Yerdəki həyatın davamlılığı Günəşdən gələn enerjidən asılıdır. Fotosintez edən bitkilər işıq enerjisindən istifadə edərək qida istehsal edirlər. Bu günün aktiv tədqiqat mövzularından biri də işığın olmadığı mühitlərdə bitkilərin qida istehsal etməsinin mümkün olub-olmamasıdır. İşıq mənbələrinin qeyri-kafi və ya olmadığı yerlərdə bitki yetişdirmək səmərəsizdir. Bitkilərin qaranlıqda böyüməsinə icazə vermək yer üzündə il boyu əkinçilik etməyə imkan verə bilər. Əslində, qaranlıqda qida istehsal edə bilən bitkilər kosmonavtların qida ehtiyaclarını belə qarşılaya bilir. Bu bitkilərlə kosmik gəmilərdə və hətta digər göy cisimlərində davamlı qida istehsalı sistemləri yaradıla bilər. Bitkilərin genlərinə müdaxilə edərək qaranlıqda qida istehsal etməsi mümkün ola bilər. Riverside Kaliforniya Universitetindən Robert Jinkerson deyir ki, bu mövzuda çox perspektivli tədqiqatlar var. Toxumlar işıqdan enerji almadan yerin altında böyüyür və inkişaf edir. Ancaq bitki cücərdikdən və fotosintez başladıqdan sonra bu mexanizmlər dayanır. Tədqiqatçılar bu mexanizmlərin yetişdirilən bitkilərdə genlərinə müdaxilə edərək aktiv saxlanıla biləcəyini düşünürlər. Bu yolla bitkilər kosmosun qaranlığında və ya Yerdəki Günəş işığının yarısından azını alan Marsda zəif işıqda belə qida istehsal edə bilirlər. Məqsədli genetik dəyişikliklər sayəsində bitkilərdə biokimyəvi proseslərdə fərqliliklər yaradaraq məhsuldarlıq əldə edilə bilər.
Qaranlıqda bitki yetişdirmək imkanı olduqca həyəcan verici olsa da, qarşıda ciddi problemlər var. Alimlər işlək həllər hazırlamaq üçün işıq, enerji və bitki fiziologiyası arasındakı mürəkkəb əlaqəni öyrənməyə davam edirlər. Bundan əlavə, qaranlıqda yetişdirilən və qida dəyəri baxımından zəngin məzmuna malik məhsulların davamlılığının necə təmin ediləcəyi əhəmiyyətli bir araşdırma sahəsi olaraq qalmaqdadır.

Mənbə: Science
Tərcümə etdi: Sudana Əsədova



Paylaş
Şərh əlavə et