Bu gün:

Dad qönçələri nədir?


Dad qönçələri dad hiss etməyə imkan verən kiçik hiss orqanlarıdır. Onlar dilinizi örtən papilla adlanan kiçik qabarların içərisində yerləşirlər. Dad qönçələri sizə nə yediyinizi və nə içdiyinizi, dadının “yaxşı” və ya “pis” olduğunu bilmək imkanı verir. Bu məlumat yeməyi zövqlü edir, bu da bədəninizin qidalanmasına kömək edir. 

Dad qönçələriniz, həmçinin korlanmış süd və ya çürük ət kimi bir şey qəbul etmək üçün təhlükəsiz olmadığı zaman sizi xəbərdar edir.

Dad qönçələri hansı dadları aşkar edə bilər?

Dad qönçələri beş əsas dadı aşkar edir:

Şirin: Şirin qidalar, əsasən, şəkərin bir növünü (saxaroza, qlükoza, fruktoza və laktoza) ehtiva edir. Bunlara bal, meyvə və dondurma kimi qidalar daxildir.

Duzlu: Duzlu qidalarda süfrə duzu (natrium xlorid) və ya maqnezium və ya kalium kimi mineral duzlar var. Simit, cips və kinoteatr popkornu kimi qidaları düşünün.

Acı: Acı qidalar digərləri arasında kofein və ya bitki birləşmələri kimi maddələr ehtiva edə bilər. Acı, dad qönçələrinizin onu "yaxşı" və ya "pis" kimi qəbul edib-etməməsi ilə bağlı mürəkkəb bir daddır. Məsələn, bəzi insanlar qəhvə və tünd şokolad kimi acı yeməkləri sevir, bəziləri isə sevmir.

Turş: Sitrus meyvələri və sirkə kimi turş qidalar tez-tez bir növ turşu ehtiva edir (sirkə turşusu, limon turşusu, laktik turşu).

Umami: Umami ləzzətli, zəngin və ya ətli bir daddır. Dad qönçələrinizin umami olaraq qeyd etdiyi bir çox qidada glutamat adlı bir maddə var. Umami qidalarına pomidor, qulançar, balıq, göbələk və soya daxildir.

Mənbə: Cleveland Clinic
Tərcümə etdi: Bənövşə Bağırova

Paylaş
Şərh əlavə et