Dlimizin bir çox xüsusiyyətlərə sahibdir. Vəziyyətdən, məkandan asılı olaraq hazır söz və ifadələrimiz var. Onlardan biri də “Başın sağ olsun.”dur. Bəs niyə insanlara “Başın sağ olsun.” deyirik?

Bu həyatdır, doğum var, ölüm var. Hər kəs doğulur, böyüyür və sonunda ölür. Kimisə arxada qoyur. Təbii ki, onlara təsəlli vermək üçün nəsə demək lazımdır. Bu sözlərdən biridə “Başın sağ olsun.”
İnsanlar bu sözü səhv başa düşürlər, çünki tərkibində "baş" var. “Mərhum öldü, siz sağ olun” kimi başa düşülə bilər, amma cümlə tam olaraq belə deyil. Əslində bu, “Başın sağalsın” mənasını verən sözdür. “Baş” sözünün mənası “yara” deməkdir. Yəni, “Yaran sağalsın”. Deməli, bu cümlədə “baş” sözü bədən üzvü deyil. Zaman keçdikcə bu söz, “Başın sağalsın” dan “ Başın sağ olsun" ifadəsinə çevrilib.
Mənbə: Milliyet
Tərcümə etdi: Sevil İsmayılova
