Onlar islananda, dənizə salındıqda və ya çimdikdə qəmgin olurlar və mümkün qədər tez uzaqlaşmaq istəyirlər. Eyni zamanda, küçədə yaşayan pişiklər hətta yağışdan qorxurlar ki, bu da təbii bir hadisədir. Pişiklər quru mühitdə qalmaq istəyirlər və heç bir şəkildə islanmağa dözə bilməzlər.

Pişiklərin sudan qorxmasının əsas səbəbi
Pişiklər doğulanda yaş olaraq doğulur və böyüyənə qədər daim suya məruz qalırlar. Buna görə pişiklər, ümumiyyətlə, quru olmağı sevirlər və bədənlərindəki dəyişiklikləri sevmirlər. Yəni körpəlikdən travma olduğunu söyləmək olar. Pişiklərin suyu sevməməsi onların çirkli heyvan olduqları demək deyil. Pişiklər gündə 3 saat özlərini təmizləyirlər. Pişiklərin təmizlənməsi üçün ən çətin yer quyruqdur. Quyruqları islananda uzun müddət sonra quruyur və pişiklər bunu heç sevmirlər.
Pişiklər suyu sevməsələr də, onları duş qəbul etdirmək təhlükəlidirmi?
Pişiklərinizin vaxtaşırı vannaya ehtiyacı ola bilər. Ancaq pişiklər daim suya məruz qalmağı, sabun, şampun kimi maddələrin bədənlərinə toxunmasını sevmirlər. Əgər pişiyiniz çox çirklidirsə və bu gələcəkdə xəstəliyə səbəb olacaqsa, pişiyi çimdirə bilərsiniz. Digər hallarda, pişiyə çimməmək tövsiyə olunur. Pişiklərin yüksək bədən istiliyi var. Çimdikləri suyun temperaturu pişiklərin bədən istiliyinə uyğun olmalıdır. Əks təqdirdə, pişiyinizin xəstələnməsinə səbəb ola bilərsiniz.
Pişiklərin suyu sevməməsinin bioloji səbəbləri
Pişiklərin təbiətcə suyu sevməməsinin bəzi səbəbləri var.
Bunlar:
· Ev pişikləri, ümumiyyətlə, quru və quraq ərazilərdə böyüyür.
· Pişiklər üzə bilmirlər, çünki təbiətcə onlara heç bir faydası olmayan şeyləri öyrənmək istəmirlər.
· Pişiklər tamamilə islananda bədənləri ağırlaşır və istədikləri kimi hərəkət edə bilmədiklərindən narahat olurlar.
Mənbə: Hizlamama
Tərcümə etdi: Sevil İsmayılova
