Bu gün:

Uğur böcəyinin rəngləri xəbərdarlıq əlamətidir


Uğur böcəyi əslində böcək deyil ?!

Uğur böcəyi əslində böcək deyil. Əsl böcəklər Hemiptera ailəsinə aiddir. Məsələn, ağcaqanadlar və yataq böcəkləri bu ailənin üzvləridir. Uğur böcəkləri isə fərqli bir "böcək" sırası adlandıra biləcəyimiz Koleopteranın bir hissəsidir. Bu səbəbdən bir çox entomoloqlar onları uğur böcəyi deyil, koksinellid adlandırmağa üstünlük verir. 

Məşhur inancın əksinə olaraq, çoxlu rənglər var.

Çoxumuz onların yalnız qırmızı və qara rənglərdə olduğunu düşünür. Bununla birlikdə, küllü bozdan metal maviyə qədər, bu böcəklər bir çox fərqli rəngdə ola bilər. Bəzən hətta bərk rənglərdə və ya müxtəlif naxışlarda görünürlər. Ləkələrin sayı da uğur böcəklərinim növündən asılı olaraq dəyişir; bəzilərinin iki ləkəsi, bəzilərinin isə iyirmi iki ləkəsi var. 

Bu müxtəlif rənglər əslində xəbərdarlıq əlamətləridir.

Əgər bir heyvansınızsa, başqa heyvanlar tərəfindən yeməmək üçün müxtəlif strategiyalar hazırlamalısınız. Məsələn, dadınızı pisləşdirmək və ya parlaq rənglərlə yırtıcıların diqqətini yayındırmaq üçün kimyəvi maddələr ifraz edə bilərsiniz. Uğur böcəklərinin parlaq rəngləri onları gözəl göstərməklə yanaşı, həm də yırtıcılardan qoruyur. Biz bunu bir növ xəbərdarlıq adlandıra bilərik. 

Mənbə: Listelist

Tərcümə etdi: Nəzri Süleymanova

Paylaş
Şərh əlavə et