Bu gün:

Notr-Dam kilsəsi



Heyrətləndirici görünüşü ilə möhtəşəm bir görüntü təqdim edən Notre-Dam Kilsəsi katedral olaraq da tanınır. Hər il çoxlu turist cəlb edən bu kilsə tarixi baxımdan xüsusi əhəmiyyət kəsb edir. Xüsusilə, Roma dövründən qalma qotik üslubu ilə çox təsiredici bir görüntü yaradan Notr-Dam kilsəsi dünyanın ən əhəmiyyətli tarixi binaları arasındadır. Həm müntəzəm ritualları, həm də tarixi turistik səfərləri ilə bölgənin ən əhəmiyyətli mədəni fakturalarından biridir.

Rotterdam kilsəsi həm də kafedral kimi tanınır. Başqa sözlə, bölgədəki bütün kilsələrin əsas mərkəzi kimi önə çıxır. Ona görə də yerləşdiyi bölgəni nəzərə alsaq çox əhəmiyyətli bir yerə sahibdir. 75 nəhəng sütunu və 35 kilsəsi ilə görülməli yerlərdən biridir. Eyni zamanda 130 kvadratmetr diametri ilə təxminən 9 min insanın ibadət etməsinə şərait yaradır.

Notre Dame kilsəsinə hardan və necə getmək olar?

Notr-Dam Kilsəsi Parisdə yerləşir. Fransanın məşhur Paris şəhərində yerləşən bu möhtəşəm kilsə Sena çayında kiçik bir adada yerləşir. Xüsusilə, 2000-ci ilə qədər uzanan tarixi ilə bir çox hadisəyə şahidlik etmiş bir bina olaraq diqqət çəkir. Müxtəlif sənət əsərləri, vitray şüşələri, möhtəşəm dekorasiyaları və qotik quruluşu ilə nadir kilsələr sırasındadır. Notr-Dam kilsəsi hər kəsə pulsuz ziyarət imkanı təqdim edir. Bu baxımdan hər səhər saat 07:45-də açılan kilsəni rahatlıqla ziyarət etmək mümkündür. Axşam bağlanışı 18:45-ə qədər davam edir. Bundan əlavə, ziyarət saatları şənbə və bazar günləri 19:45-ə qədərdir.

Mənbə: huriyyet.com.tr
Tərcümə etdi: Aydan İbrahimli

Paylaş
Şərh əlavə et