
Bir kəpənəyin ömrünün bir gün olduğu inancı ictimaiyyət arasında çox yayılıb. Yəni həqiqətənmi kəpənəklər bir gün yaşayırlar?
Kəpənəklərin bir gün yaşadığı bilgisi uşaqlığımızdan bir növ bizim şüuraltımıza yerləşib. Bəlkə də bir çoxumuz indi kəpənəklərin, əslində, bir gün yaşamadığını öyrənəcəyik. Gəlin görək kəpənəklərin ömrü nə qədərdir...
Düzdür, kəpənəklərin ömrü digər canlılardan daha qısadır. Ancaq kəpənəklərin ömrü, təbii ki ,bir gün deyil. Kəpənəklərin ömrü bir çox müxtəlif amillərdən asılıdır və bu amillərdən asılı olaraq dəyişir. Bu amillər kəpənəklərin ölçüləri, növləri, harada yaşadıqları və ilin hansı vaxtında yetkinlik yaşına çatmalarıdır.
Ən uzun ömürlü kəpənəklər 9 ay ilə 1 il arasında yaşayır. Bununla belə, əksər kəpənəklərin ömrü 2 ilə 4 həftə arasında dəyişir. Adətən, kəpənəklər 1 ildən çox yaşaya bilməzlər.
Yetkin kəpənəklərin orta ömrü 2 həftədir. Digər kiçik kəpənək növləri təəssüf ki, bir həftədən çox yaşaya bilmirlər.
Vəhşi təbiət də kəpənəklərin ömrünü qısaldan amillərdəndir. Çünki kəpənəklər vəhşi təbiətdə həşərat və quşlar kimi bir çox müxtəlif yırtıcıların hücumuna məruz qala bilər. Bu, əslində, daha uzun ömürlü olan kəpənəklərin qısa müddətdə ölməsinə səbəb olur.
Mənbə: Onedio
Tərcümə etdi: Nəzri Süleymanova
