
Asqırmağı dayandırmaq və ya ağzını salfetlə örtməklə daha sakit asqırmaq nəzakətli sayılsa da, mütəxəssislər asqırmağın orqanizmə ciddi zərər verə biləcəyini deyirlər. Əslində, 2018-ci ildə bir Britaniya vətəndaşı asqırmasını saxladığı üçün boğazı partlamışdı. Çünki asqırarkən ağzınızı və ya burnunuzu örtmək tənəffüs yollarında təzyiqi normal asqırmaya nisbətən 5-20 dəfə artırır. Bir sözlə, asqırmağı dayandırmaq gözlənilməz nəticələrə səbəb ola bilər. Yaxşı, asqırmağın zərərləri nələrdir?
1. Boğazın zədələnməsi
Asqırmağı dayandırmağın təhlükələrinə boğazın zədələnməsi daxildir. Həkimlər deyirlər ki, asqırma zamanı ağız və burnu örtərək yaranan təzyiq nəticəsində yumşaq toxumalar qopar. Ağzını və burnunu bağlayaraq asqıran 34 yaşlı kişinin boğazı ciddi zədələnib. O qədər ki, çətinliklə danışır, udqunurdu və çox ağrıyırdı. 34 yaşlı kişi deyib ki, ağzını və burnunu bağlayaraq asqırdıqdan sonra boğazında partlayış hiss edib. Ona görə də asqırarkən boğazımızı zədələməmək üçün ağzımızı və burnumuzu örtməməliyik.
2. Ağciyərin yırtılması
Mütəxəssislər deyirlər ki, asqırmağı dayandırmaq ölümcül hadisələrə səbəb ola bilər. Asqırmağı dayandırdıqda bədəndəki təzyiq çox yüksək olur və ilk növbədə, huşunu itirməyə səbəb ola bilər. Asqırarkən ağız bağlı olduqda təzyiq çıxa bilmir və ağciyərdə qopma baş verir. Bu səbəbdən asqırarkən ağzınızı örtməməli və nəfəsinizi tutmamalısınız.
3. Üzdə qırmızı ləkələr
Asqırmaq çox təzyiq yaradır və asqırmağı dayandırmağa çalışmaq gözlərdə, burunda və ya qulaq pərdəsində kapilyarların partlamasına səbəb ola bilər. Amerikalı qulaq, burun və boğaz mütəxəssisi Dr. Jason Abramowitz deyir ki, asqırmaq üzün səthi zədələnməsinə səbəb ola bilər ki, bu da üzü daha qırmızı və ləkəli edir. Dr. Jason Abramowitz deyir: "Göz almasında qırmızı ləkə görə bilərsiniz və ya hətta kiçik bir burun qanaması ilə qarşılaşa bilərsiniz". Daha ciddi hallarda qulaq pərdəsi, hətta yırtıla bilər."
Cırılmış qulaq pərdəsi, adətən, müalicə edilmədən bir neçə həftə ərzində sağalır, lakin bəzən eşitmə itkisinə səbəb ola bilər.
4. Anevrizma
Nadir hallarda, üzdə artan təzyiq də beyin anevrizmasına səbəb ola bilər. Beyindəki qan damarının partlaması beynin ətrafındakı kəllə sümüyündə həyati təhlükəsi olan qanaxmaya səbəb ola bilər. Qanama böyük beyin zədələnməsinə səbəb ola bilər. Beş nəfərdən üçü məruz qaldıqdan sonra iki həftə ərzində ölür.
5. Serebral ödem
Asqırmağı dayandırmağın zərərləri arasında beyin ödemi də var. Asqırarkən nəfəs tutularsa və ağız bağlanarsa, təzyiq beyinə keçə bilər. Damarlardan oksigen beyinə çatdıqda beyin ödemi baş verə bilər.
6. Orta qulaq infeksiyası
Soyuqdəymə və ya qripin səbəb olduğu asqırmağı dayandırmaq orta qulaq infeksiyasına səbəb ola bilər. Qrip və ya soyuqdəymə nəticəsində yaranan asqırıqlar burnunuzu orada olmaması lazım olan şeylərdən, o cümlədən bakteriyalardan təmizləməyə kömək edir. Bu cür xəstəliklərlə qarşılaşarkən asqırdığınız zaman yoluxmuş selik və bakteriyaları yenidən orta qulağa göndərirsiniz ki, bu da infeksiyaya səbəb ola bilər.
7. Göz xəstəlikləri
Asqırmağın zərərlərinə gəlincə ən çox rast gəlinən vəziyyətlərdən biri də göz damarlarının qopmasıdır. Yuxarıda qeyd etdiyimiz kimi, bədəndəki təzyiqi buraxmamaq kapilyarların partlamasına səbəb ola bilər.
Mənbə: Listelist
Tərcümə etdi: Aysel Aslanova
