Bu gün:

Sosial mediada random nədir?


Sosial media həyatımızda geniş yer tutmağa başladıqca dilimizə bir çox yeni sözlər daxil oldu. Sosial media və internet gündəlik həyatımızla iç-içə olduğundan dilimizə müxtəlif dillərdən bir çox terminlər yerləşib. İnternet jarqonu olaraq xarakterizə edilən bu sözlərdən biri də təsadüfi təbəssüm-randomdur.

Random nə deməkdir?

Random sözü hərfi mənada dilimizdə “təsadüfi” deməkdir. Təsadüfi ifadəsi hərfi mənasından çıxarılaraq sosial mediada gülməyi təmsil etmək üçün edilən bir hərəkətə çevrilib.
Sosial media termini olaraq, təsadüfi gülüş ifadəsi bir insanın hadisəyə və ya vəziyyətə reaksiyasıdır. Təsadüfi paylaşım edən şəxs sözügedən vəziyyətə çox güldüyünü  bildirmək istəyir.

Təsadüfi təbəssüm klaviaturada təsadüfi düymələrə dəfələrlə basmaqla göndərilən mesajdır. Son illərdə sosial media və mesajlaşma proqramlarında tez-tez istifadə edilən təsadüfi təbəssüm, adətən, klaviaturada "asdfgh" kimi ardıcıl hərflərin düzülməsi və ya qarışıq hərflərin bir-birinin ardınca basılması ilə əldə edilir.

Mənbə: Sabah
Tərcümə etdi: Aydan İbrahimli

Paylaş
Şərh əlavə et