Bu gün:

Saçlar üçün yumurta ağı maskasının resepti


Saçlarınızın qidalanması üçün

Yumurta yüksək qida dəyəri olan zülalla zəngin qidadır. Eyni maskada zeytun yağı ilə birləşdirildikdə saçlarınızı canlandıracaq, gücləndirəcək və ehtiyac duyduğu vitaminləri təmin edəcək. Bunun üçün 1 yumurtanın ağını və sarısını çalın. 4 xörək qaşığı zeytun yağı əlavə edin və yaranan qarışığı saç diblərindən başlayaraq ətəyinə qədər çəkin. 30 dəqiqə gözlədikdən sonra saçınızı şampunla yuyun və yaxalayın.

Yumurta qoxusundan narahat olanlara qarışığa lavanda yağı əlavə etməyi tövsiyə edirik. Beləliklə, saçlarınız daha təravətli bir qoxuya sahib olacaq. Yumurta ağı zeytun yağı saç maskası sayəsində saçlarınız daha sağlam olacaq.

Yağlı saçlar üçün

Limonun bədəninizdə yığılan piyləri yandırmaqla yanaşı, saçlarınızdakı yağlanma problemini də aradan qaldırdığını bilirdinizmi? Bəli, yağlı saç problemini limon və yumurta ağı ilə hazırlanan maska ilə həll edə bilərsiniz. 1 yumurtanın ağı ilə yaxşıca qarışdırın. Bu qarışığa 1 xörək qaşığı limon suyu əlavə edin. Saçınızın bir az nəm olması lazımdır. Bu maskanı saç köklərinə çəkin və 20 dəqiqə saxlayın. Sonra saçınızı şampunla yuyun. Hər həftə tətbiq edə bilərsiniz.

Mənbə: Nefis yemek tarifleri 

Tərcümə etdi: Nuran Əhmədzadə 

Paylaş
Şərh əlavə et