Saç necə görünməyimizi təyin etməkdə çox təsirli bir detaldır. Saçlarımız gözlədiyimizdən daha qısa kəsilə bilər, bəzən öz qərarımız və ya bərbərin səhvi ucbatından.
Saçları necə tez uzatmaq olar?
Saç köklərini masaj edin, saçlarınızı soyuq su ilə yaxalayın, sağlam qidalanın, vitamin əlavələri qəbul edin, saç löklərinə və dərinizə qulluq edin, doğru şampun və qidalandırıcı kondisionerdən istifadə edin, saçınızın parçalanmış uclarını çıxarın, fenlərdən və düzləşdiricilərdən istifadə etməyi dayandırın, saçlarınızı müntəzəm darayın, alma sirkəsi, saçınıza uyğun bir yastıq üzü seçin.
Normal şəraitdə sağlam saçların ayda 1,5-3 sm uzanması gözlənilir. Bununla belə, müntəzəm qulluq və bəzi məsləhətlərlə saçlarınızın daha sürətli uzanmasını təmin etmək mümkündür. Saçların necə böyüdülməsi həm kişilər, həm də qadınlar üçün illərdir cavabı axtarılan bir sualdır.
Saçlarınızın köklərini masaj edin

İndi sizə saçlarınızın daha sürətli uzanması üçün təsirli bir ipucu verəcəyik. Üstəlik, tətbiq etmək çox asandır. Duş qəbul edərkən barmaqlarınızın ucu ilə saçlarınızın köklərini masaj edin. Masajın saç kökündən önə doğru hərəkət etdiyinə əmin olmalısınız. Bu üsul saç köklərində qan axınını sürətləndirərək saçların tez uzanmasına kömək edir. Həm də istirahət etməyə və günün stresindən azad olmağa imkan verir. Sizcə, cəhd etməyə dəyər elə deyilmi?
Saçınızı soyuq su ilə yaxalayın

İsti su saçların nəmini itirməsinə və zədələnməsinə səbəb ola bilər. Bu vəziyyətin qarşısını almaq üçün duşdan çıxmazdan əvvəl saçınızı bir neçə saniyə soyuq su ilə yaxalamağı tövsiyə edirik. Baş dərisində qan axınını sürətləndirərək, saçlarınızın daha sürətli uzanmasını təmin edəcək.
Sağlam qidalanın, vitamin əlavələri qəbul edin

Sağlam qidalanma saçımızdan dırnaqlarımıza qədər bütün bədənimizə müsbət təsir göstərir. Saçlarınızın tez uzanmasını istəyirsinizsə, qidalanmanıza daha çox protein, C və E vitaminləri daxil etməlisiniz. Zəngin zülal tərkibi ilə seçilən yumurtanın tərkibində saç tökülməsinə qarşı təsirli olan biotin də var. Biotin də saçların daha sürətli uzanmasına kömək edə bilər. Vitamin E qan axını tənzimləyərək saç follikullarını qidalandırır və saçların daha sürətli uzanmasına kömək edir. C vitamini bədəndə kollagen istehsalını dəstəkləyir. Bu xüsusiyyəti sayəsində həm saçları, həm də dərini qidalandırır.
Saçlarınıza uyğun bir yastıq örtüyü seçin

Ömrümüzün 1/3-ni yuxuda, əsasən də yataqda keçiririk. Bu dövrdə saçlarımızın təmasda olduğu yastıq örtüyünün quruluşu saç sağlamlığımıza təsir edə bilər. Pambıq və atlazdan yastıq örtüyü seçmək faydalı ola bilər.
Mənbə: Nefes yemek tarifleri
Tərcümə etdi: Nuran Əhmədzadə
