Bəşəriyyətin tarix boyu maraq göstərdiyi və üzərində saysız-hesabsız araşdırmaların aparıldığı ulduzlar, şübhəsiz ki, çoxumuzun öyrənərək təəccüblənəcəyi onlarla sirr ehtiva edir. Ulduzlar haqqında məlumatlar elmin inkişafı ilə sürətlə artmışdır. Bu inkişafların başında teleskoplar və yüksək texnologiyalarla təchiz edilmiş müxtəlif kosmik gəmilər daxildir.
Gecə səmasını möhtəşəm bir məkana çevirən ulduzlar, nüvələrində işıq və istilik əmələ gətirən, əsasən hidrogen və heliumdan ibarət nəhəng göy cisimləridir. Günəşdən başqa, göydə gördüyümüz bütün ulduzlar Yerdən işıq ili uzaqlıqdadır. Onlar kainatda sayı milyardlarla bildiyimiz qalaktikaların tikinti materiallarıdır. Nə qədər ulduz olduğunu bilmək mümkün olmasa da, astronomlar təkcə bizim qalaktikamızda 200-400 milyard ulduz olduğunu düşünürlər.
Yerdən bu qədər uzaqda olan ulduzlar tarix boyu bəşəriyyətin ən maraqlı mövzularından biri olmuşdur. Ulduzlarla bağlı məlumatların ən məhdud olduğu dövrdə belə, bəşəriyyət daha çox şeyə çatmaq üçün müxtəlif araşdırmalar aparmışdır. Böyük Partlayışdan 250-300 milyon il sonra baş verən 'kosmik şəfəq' hadisəsində ilk yaranan ulduzlara baxaq.
Ulduzlar haqqında məlumatlar:
Göyə baxdığımızda maksimum 2000-2500 ulduz görə bilərik.
Ulduzlar çox rəngli ola bilər.
Ulduzlar həddindən artıq çoxdur.
Bir ulduza baxdığımızda, əslində, onun keçmiş formasını görürük.
Ulduz nə qədər böyükdürsə, ömrü də bir o qədər qısa olur.
Kəşf edilən ən uzaq ulduz bizdən 28 milyard işıq ili uzaqdadır.
Ulduzlar, əslində, parıldamır.
Ulduzların çoxu cüt-cüt olur.
Mənbə:webtekno
Tərcümə etdi:Nuray Mürsəlova
