Bu gün:

Əvvəlcə qəhvə, sonra kola, sonra da enerji içkisi... Z nəsli deyil, kofein nəsli...


Enerji içkilərinin istehlakı sürətlə artır.

20 yaşlarında bir çox gənc ürək xəstəliklərindən şikayət edərək həkimlərin qapısını döyməyə başlayıb. Mütəxəssislərin fikrincə, bu yaşda heç bir nəsil Z nəsli qədər kofeinə məruz qalmamışdır. Onlar əvvəlki nəsillərə nisbətən gün ərzində daha çox kofein qəbul edirlər. Gün ərzində formada qalmaq üçün böyük miqdarda istehlak edilən qəhvə, kola və enerji içkilərinin gənclərin ürək sağlamlığını ciddi şəkildə pozduğu xəbərdar edilərkən, 20 yaşlarında bir çox gənc şüursuz olaraq istehlak etdikləri kofein səbəbiylə ürək həkimlərinin qapısını döyməyə başladı. Son illərdə daha gümrah olmaq üçün istifadə olunan bu içkilər 20-35 yaş aralığındakı gənclərdə ciddi problemlərə səbəb olur.

Mütəxəssislər bildirirlər ki, 1987-ci ildə Avstriyada bazara çıxarılan və 1997-ci ildə ABŞ-da məşhurlaşan bu məhsulların istehlakı bütün dünyada olduğu kimi Türkiyədə,  Azərbaycanda da sürətlə artmaqdadır.

20 yaşlarında...

Enerji içkilərinin tərkibində bol miqdarda kofein, jenşen, şəkər, B vitamini, karnitin, taurin, inositol, quarana toxumu, qlükoranolakton və kreatin var. Kardiologiya Mütəxəssisi Meral Kayıkçıoğlu, günə qəhvə ilə başlayan, sonra kola, daha sonra enerji içkisi ilə bitirən gənclər arasında həddindən artıq kofein istehlakı səbəbiylə ürək və ritm pozğunluğu şikayətlərində əhəmiyyətli artım olduğunu bildirdi.

... "Bu yaş qrupundakı iki xəstəm infarkt keçirərkən onların gün ərzində yüksək miqdarda enerji içkisi qəbul etdiyini öyrəndim” .

Enerji içkilərindəki bol kofeinə diqqət çəkən Prof. Dr. Kayıkçıoğlu bəzi məhsullarda 200 mq kofein olduğunu söyləyir. "Bir fincan qəhvədə orta hesabla 100 mq kofein olduğunu" sözlərinə əlavə edən Prof. Dr. Kayıkçıoğlu "Əsas problemi gün ərzində 2 və ya 3 fincan qəhvə içən bəzi gənclərin enerji içkiləri, hətta sonra enerji içkiləri və spirtli içkilər də qəbul etməsində. Ürək və ya ritm pozğunluğu ilə qapımızı döyən bəzi gənclər gün ərzində yarım litr qəhvə və bir litr enerji içkisi qəbul etdiklərini deyirlər. Hər kəsə yüksək kofein istehlakından uzaq durmağı tövsiyə edirik” deyir.

Ritm pozğunluğu və çırpınma

Türk Kardiologiya Dərnəyinin Keçmiş Başçısı Kardiologiya Mütəxəssisi Prof.Dr.Mustafa Kamal Erol enerji içkilərinin şüursuz və həddindən artıq istehlakı səbəbindən gənclər arasında ürək və ritm pozğunluqlarının artdığına işarə edən mütəxəssislərdən biridir. Son zamanlar ürək döyüntüsü və ritm pozğunluğu ilə müraciət edən bir çox gənc xəstə ilə qarşılaşdıqlarını ifadə edən Prof. Dr. Erol, “Ürək döyüntüsü ilə gələn gənclərin yüksək miqdarda kofeinli məhsullar və enerji içkiləri istehlak etdiyini təsbit edirik. Spirtli və ya stimullaşdırıcı enerji içkilərinin qəbulu ölümə biraz daha yaxınlaşmaq deməkdir. Xüsusi xəstəlikləri olanlar həddindən artıq kofeindən uzaq durmalıdırlar”.

Nəticələr ölümcül ola bilər

Gənc nəsildə həddindən artıq kofein istehlakı və enerji içkilərinə olan marağa qarşı xəbərdarlıq edən bir başqa ad Ədliyyə Elmçiləri Dərnəyi Başçısı Prof. Dr. Hamit qeyd edib ki, əyləncə məkanlarında kofein tərkibli içkilər spirtli içkilərlə qarışdırılmamalıdır. Belə olduqda kofein spirtli içkinin yuxu yaradıcı təsirini azaldır və bu da daha çox spirtli içki istehlakına səbəb olur. Bu səbəbdən enerji içkiləri alkoqola qarışdırılaraq istifadə olunmamalıdır. Əks təqdirdə, nəticələr ölümcül ola bilər.

Mənbə: Haber Global

Tərcümə edən: Gülsər Qədirli


Paylaş
Şərh əlavə et