Bu gün:

Hipofiz şişləri nədir?


Təxminən 5 nəfərdən 1-də rast gəlinən hipofiz vəzi şişləri (hipofiz adenomaları) xoşxassəli şişlər arasındadır. Başqa sözlə, həyat boyu simptomsuz və zərərsiz olaraq qalır. Ancaq hipofiz vəzinin funksiyası çox vacib olduğu üçün şişin böyüməsi və orqanizmin ehtiyac duymadığı hormonların ifrazı nəticəsində ciddi sağlamlıq problemləri yarana bilər.


Hipofiz vəzinin şişləri kəllədaxili şişlərin 15 faizini təşkil edir və çox nadir hallarda bədxassəli olur. Onun müalicəsi cərrahiyyə, dərman və radiocərrahiyyə, yəni Gamma Knife müalicəsidir. Ən çox 25-45 yaş arası kişi və qadınlarda rast gəlinir, lakin daha erkən və sonrakı yaşlarda da müşahidə oluna bilər.

Beyində yerləşən və fındıq böyüklüyündə olan hipofiz vəzi bədəndəki bezlərin idarə edilməsindən məsuldur. Böyümə, ürək döyüntüsü və reproduksiyaya nəzarət edir. Bədəndəki digər hormon ifraz edən vəzilərə əmr verən bir dirijor kimidir. Bu hormonlar orqanlara əmrlər verir və bədənimizin müəyyən bir nizamla işləməsini təmin edir.

Hipofiz vəzində müxtəlif hormonlar ifraz etmək üçün proqramlaşdırılmış hüceyrələr var. Tək bir hüceyrənin genetik cəhətdən pozularaq nəzarətsiz şəkildə çoxalması nəticəsində şiş meydana gəlir. Hansı hormon hüceyrəsinin təsirləndiyindən asılı olaraq, şiş əlamətləri həmin hormonun həddindən artıq ifrazına görə dəyişir.

Ən çox rast gəlinən hipofiz vəzi şişləri; Onlar süd ifraz edən prolaktin hormonunun hüceyrələrində olan şişlərdir. Bu xəstəlikdən sonra akromeqaliya, Cushing xəstəliyi, hormon ifraz etməyən şişlər və çoxlu hormon ifraz edən şişlər gəlir. Daha nadir hallarda, tiroid stimullaşdırıcı hormon ifraz edən hüceyrələrin adenoması qalxanabənzər vəzinin çatışmazlığı və ya artıqlığı əlamətlərinə səbəb olur.

Mənbə:acibadem.com

Tərcümə etdi:Uğur Hacıyev

Paylaş
Şərh əlavə et