Bu gün:

Anesteziya nədir?


Anesteziya bir insanın cərrahiyyə əməliyyatına keçməsini təmin edən ən vacib elementlərdən biridir. Anesteziya əməliyyatın təhlükəsiz və sağlam olması, əməliyyat zamanı xəstənin ağrı hiss etməməsi və cərrahın rahat işləyə bilməsi üçün tibbi dərmanlardan istifadə edərək xəstənin bədəninin uyuşdurulması kimi müəyyən edilir.

Üç növ anesteziya var; ümumi, regional və lokal anesteziya. Ümumi anesteziyada bütün bədən anesteziya edilir və xəstə huşunu itirir. Bədənin müəyyən bir hissəsinin, məsələn, belin, qolun və ya ayağın uyuşdurulması prosesi regional anesteziya adlanır. Bu üsulda müdaxilə xəstənin şüurlu olduğu halda həyata keçirilir.

Yerli anesteziya daha kiçik bir sahənin uyuşdurulması ilə də həyata keçirilir. 

Ümumi anesteziya ilə yanaşı, bədəni beldən aşağı uyuşduran spinal və epidural anesteziya, bir qolu və bir ayağını uyuşduran RIVA anesteziyası da xəstələrin əməliyyatdan sonrakı dövrü daha asan keçirmələrini təmin edir.

Regional anesteziyada hansı üsullara üstünlük verilir?

Qarın altındakı nahiyəni anesteziya etmək məqsədi daşıyan əməliyyatlarda regional anesteziyaya üstünlük verilir. Üç şəkildə tətbiq olunur: onurğa anesteziyası, epidural anesteziya və ya hər ikisinin tətbiq olunduğu birləşmiş spinal-epidural anesteziya. Bu üsulları seçərkən əməliyyatın növü və müddəti nəzərə alınır.

Hansı əməliyyatlarda istifadə olunur?

Qeysəriyyə və ya normal doğuş, qasıq yırtığı, omba-diz protezləri və varikosel əməliyyatlarında bu üsula üstünlük verilir. Qısacası bu üsul qarın altındakı hər cür cərrahi əməliyyatlarda istifadə edilə bilər.

Mənbə:acibadem.com

Tərcümə etdi:Uğur Hacıyev

Paylaş
Şərh əlavə et