Bu gün:

Mariana çökəkliyi


Mariana çökəkliyi – Sakit okeanın qərbində yerləşən (daha dəqiq Filippin dənizində) okeanik dərinsulu çökəklik, dünyaya məlum olan çökəkliklərdən ən dərinidir. «Mariana» adı yanında olan Marian adalarına görə adlanıb.

Sakit okeanın qərb hissəsində dünyanın ikinci ən böyük dənizi olan Filippin dənizindəki Mariana çökəkliyi dünyada bu günə kimi məlum olan ən dərin yerdir. Mariana çökəkliyinin ən dərin nöqtəsi “Çallencer uçurumu”  (ing. Challenger Deep) adlanır. O, çökəkliyinin cənub-qərb hissəsində, ən son məlumatlara görə, dəniz səviyyəsindən 10,994 metr aşağıda yerləşir. Çökəklikdə ilk ölçmələr buranı tapan Challenger (meydan oxuyan) adlı Britaniya tədqiqat gəmisi tərəfindən 1875-ci ildə həyata keçirilib. Dünyanın ən dərin nöqtəsinin adı da elə buradan qaynaqlanır.

Mariana çökəkliyi haqqında maraqlı faktlar:

1. Yerin iki qütbü hər birimizə məlumdur. Lakin alimlər Marian çökəkliyini yerin dördüncü qütbü adladırırlar. Belə ki, Şimal və Cənub – coğrafi qütblər, Everest və Mariana çökəkliyi – geomorfoloji qütblər hesab olunur.

2. Əgər Everest dağı Mariana çökəkliyinə atılsaydı, zirvəsi bir neçə kilometr suyun altında qalardı. Dəniz səviyyəsindən 8,848 m yüksəklikdə yerləşən Everest dağı ilə dəniz səviyyəsindən 10,994 m aşağıda yerləşən Mariana çökəkliyini müqasiyə etsəniz, özünüz bu faktın doğruluğuna əmin ola bilərsiniz.

3. Bu günə kimi ən dərinə dalış edən insanların sayı cəmi üçdür. Mariana çökəkliyinin dibinə ilk eniş 23 yanvar 1960-cı ildə ABŞ-ın hərbi dəniz qüvvələri leytinantı Don Uolş və tədqiqatçı Jak Pikkar tərəfindən həyata keçirilmişdir. Avatar, Titanic və Terminator filmlərinin ilk iki hissəsinin müəllifi rejissor Ceyms Kemeron 26 mart 2012-ci il tarixində, dünya okeanının ən dərin nöqtəsinə çatan üçüncü və bunu təklikdə edən ilk insan oldu. Bura enən ilk iki şəxsdən fərqli olaraq Kemeron Mariana çökəkliyində 3 saat qalmışdır.

4. Mariana çökəklik kimi tanınsa da, əsl dağlara sahibdir. Alimlər burada hər birinin hündürlüyü 2,5 kilometrdən çox olan 4 dağ zirvəsi kəşf etdilər.

5. Mariana çökəkliyi dünyanın ən böyük dəniz qoruğudur. Çökəkliyin inanılmaz dərinliklərində belə həyat var. Tədqiqatçılar təxminən 10 santimetr diametrli nəhəng bir amöb kəşf etdilər. Mariana çökəkliyində dinozavrlar qədər köhnə yeni növlər müşahidə olunsa da, bəziləri bu günə qədər müəyyən edilməyib.

Bəzi mənbələrdə Mariana çökəkliyi üzərindəki təyyarələrin, gəmilərin müəyyən problemlərlə qarşılaşdığı, hətta bəzilərinin geri dönmədiyi belə göstərilmişdir. Elə məhz bu səbəbdən günümüzdə buranı “şeytan üçbucağı” deyə adlandırırlar.

Mənbə: Hürriyet

Tərcümə etdi: Aytac Musayeva


Paylaş
Şərh əlavə et