Bu gün:

Boyumuz necə uzanır?


Boy fərdin ümumi xarakterini müəyyən edən mühüm amillərdən biridir. İnsanlar uzun, qısa və ya orta boylu ola bilirlər.

Ümumiyyətlə, insanların boy artımı yetkinlik dövrünün sonu ilə dayanır. İnsanlar yeniyetməlik dövründə boyunu idman və ya məşqlərlə daha sürətli uzada bilərlər.

Bəs boyumuzu başqa necə uzada bilərik?

1. Kifayət qədər yuxu alın

Bədənin toxumalarının istirahət zamanı çoxaldığı və böyüdüyü məlum bir həqiqətdir. Bədənin inkişafı üçün kifayət qədər istirahət və yuxu mütləq lazımdır.

 2. Daimi idmanla məşğul olun

Hündürlüyü təbii yolla artırmağın ən yaxşı yollarından biri fiziki cəhətdən aktiv və uyğun olmaqdır. İdman və müntəzəm idman hərəkətləri insanın boyunu artırır.

 3. Düzgün duruşa sahib olun

Duruşu yaxşılaşdırmaq üçün bəzi sadə təcrübələr cəhd edilə bilər. Güclü kürək və düz onurğa boyunuzu uzatmağa kömək edə bilər. Onurğanın düz olması üçün bədənə uyğun döşəyin və yaxşı yastığın olması da vacibdir.

 4. Vitaminlər və minerallar baxımından balanslı pəhriz

Ümumi böyümə şəklinə mənfi təsir göstərən həddindən artıq şəkərli qidalardan, qazlı içkilərdən və bəzi yağlardan qaçınmaq lazımdır. Bədənin sağlam böyüməsi üçün lazım olan bütün mineralların və vitaminlərin alınmasını təmin etmək lazımdır.

 5. İmmunitet sisteminizi gücləndirin

Sağlam immun sistemi üçün diyetə yüksək miqdarda tərəvəz, meyvə, tam taxıl, paxlalılar, omeqa-3 yağ turşuları və antioksidantlardan ibarət qidalar əlavə edilməlidir.

 6. İnkişafı məhdudlaşdıran amillərdən qaçın

Alkoqol və narkotik istifadəsi son dərəcə zərərli ola bilər. Xüsusilə uşaqlarda kofein qəbuçu məhdudlaşdırılmalıdır, çünki bu, yuxuya zərər verə bilər.

Mənbə: Hürriyet

Tərcümə etdi: Aytac Musayeva


 

Paylaş
Şərh əlavə et