Bu gün:

Yatan kənd


Qazaxıstanın paytaxtı Astanadan 480 km qərbdə yerləşən kənddə müəmmalı xəstəlik kəndliləri bəzən günlərlə davam edən komaya salır. Keçən yay bəzi işləri görmək üçün evdən çıxan Viktor Kazaçenko da bu xəstəliyə yoluxanlardandır. 

“Avqustun 28-də şəhərə gedirdim. Sentyabrın 2-də özümə gəldim. Xəstəxanada yuxudan oyananda anladım ki, çox yatmışam",- deyib.

Britaniyanın “Guardian” qəzetinin yazdığına görə, Kazaçenko motosikleti sürərkən huşunu itirib. Arvadı onun arxasında oturubmuş. "Allaha şükür ki, o, motosiklet idi və biz o qədər də sürətlə getmirdik",-deyir. O, qəfil yuxuya getməsi nəticəsində yaranan hər hansı digər zədələrə toxunmur.

Bu, Kazaçenkonun xəstəliyə ilk dəfə yoluxması deyil. İlk dəfə üç gün yatıb. Bunu gülüşlə izah etsə də, xəstəliyinin ciddi tibbi nəticələri olub.

"Bu yuxudan sonra qan təzyiqim bir anda yüksəlməyə başladı", - deyə izah edir. Xəstəlik ən çox onun zehninə təsir edir və onu daim qəzəbləndirirdi.

Kələçi kəndinin sakinləri iki ildir ki, komaya düşür və başgicəllənmə, ürəkbulanma, şiddətli başağrıları və yaddaşın zəifləməsi kimi zəifləyici simptomlardan əziyyət çəkirlər.

Xəstəlik ilk dəfə 2013-cü ilin yayında görülüb və indiyədək 120 nəfəri, yəni Kalaçi əhalisinin dörddə birini əhatə edib. Xəstəliyin ümumi sayı 152-dir, çünki Kazaçenko kimi bəziləri bu xəstəliyə bir dəfədən çox yoluxublar. “Yuxu xəstəliyi” ərazidə yüksək səviyyəli radiasiya, dəm qazı, radon və potensial zəhərli ağır metal duzlarını aşkar edən həkimləri və alimləri çaşdırıb.

Alimlər deyirlər ki, radiasiya və ağır metal duzlarının konsentrasiyası məqbul səviyyədədir. Yüksək səviyyədə radon və karbonmonoksit aşkar edildi, lakin sonradan mümkün səbəblər istisna edildi.

Yanvar ayında "Milli Nüvə Mərkəzi"nin radiasiya təhlükəsizliyi institutu bəzi zərərçəkmiş sakinlərin evlərində dəm qazının səviyyəsinin tövsiyə ediləndən on dəfə çox olduğunu etiraf edib. Lukaşenkonun sözlərinə görə, bu, yuxu xəstəliyinə bənzər simptomlara səbəb ola bilərdi.

Qazaxıstan hökuməti kəndin prezident Nursultan Nazarbayevin “şəxsi radarında” olduğunu açıqlayıb. Baş nazir Kərim Məsimov tədqiqata rəhbərlik etmək üçün komissiya yaradıb: ötən ilin sonunadək hava, torpaq, su, qida, heyvanlar, tikinti materialları və sakinlərin özləri üzərində 20 mindən çox klinik və laboratoriya müayinəsi aparılıb. Araşdırmalar davam edir.

Həkimlər də sirri həll edə bilməyiblər. Yuxulu xəstələr paytaxt Astanada xəstəxanalara göndərilsə də, heç bir nəticə əldə edilməyib. Qazaxıstanın "Tengrinews Xəbər Agentliyi"nin məlumatına görə, baş nazirin müavini Berdibek Saparbayev beynəlxalq tibb ictimaiyyətindən kömək istəyib.

Elmi biliklərin olmadığı bir şəraitdə sakinlər əmindirlər ki, problemin mənbəyini bilirlər: kəndin yaxınlığında Sovet dövründə istifadəsiz qalmış uran mədəni.

Lakin bu nəzəriyyə də şübhəlidir, çünki mədənə ən yaxın olan bir neçə onlarla ailənin heç biri xəstəlikdən təsirlənməmişdir. Üstəlik, sovet dövründə mədən işçilərində belə xəstəlik müşahidə olunmurdu.

Kələçi kəndinin rayon icra başçısı Asel Sadvokasova deyir ki, elmi araşdırmaların nəticələri hələ daxil olmayıb, amma gələn kimi kənd sakinlərinə məlumat veriləcək. Ancaq gözləyən camaat narahatdır. Yuxuya getməkdən qorxur.

Bölgənin hakimiyyət orqanları indi kənd sakinlərinin Kalaçidən köçürülməsi üçün radikal və mübahisəli təklif irəli sürür. Vilayətin qubernatoru Sergey Kulagin bildirib ki, köçürülmə may ayına qədər başa çatacaq.

Rayon qubernatorunun özünün də xəstəlikdən payı var idi. O bu köçürülmə ilə kənd sakinlərini yeni evlərlə, iş yerləri ilə təmin etməyə ümid edir.

Yerli inzibatçılar və işəgötürənlərlə işləyərək artıq 100-dən çox kənd sakini köçürülüb. Amma kənddə hələ də 425 nəfər yaşayır.

Kazachenko qərarlıdır. “Mən heç yerə getmirəm. Niyə getməliyəm? Mən qırx ildir burada yaşayıram. “Mən burada öləcəyəm”, - deyib.

Xəstə olanda ona qulluq edən həyat yoldaşı Rəisə də eyni fikirdədir və soruşur: “İyirmi ildir bu evdə yaşayıram. Mən altmış ildir bu küçədəyəm. İndi məni hara göndərəcəklər? Məni orada nə gözləyir?

Rayon qubernatoru etiraf edir ki, köçmək istəməyənlər var. “Hələlik biz yalnız köçmək istəyənlərlə işləyirik. Bu, tamamilə könüllüdür",-deyə izah edir.

O, əlavə edir ki, hakimiyyət dialoqa açıqdır. Onlar kənd sakinlərinin evlərinə gedir, onların dərdini dinləyir, bir nəfər də olsun kənd sakini qalmayana qədər ictimai xidmətləri dayandırmayacaqlarına söz verirlər.

Bəziləri bir növ təzminat istəsə də, əksəriyyət doğulub boya-başa çatdığı yeri tərk etmək istəmir. Raisa Kazaçenkonun sözlərinə görə: “Beynə təsir etdiyini, baş ağrısına səbəb olduğunu deyirlər. Amma indiki baş ağrımız onları hara yerləşdirməkdir”.

Mənbə: Habertürk

Tərcümə etdi: Gülay Qəribova


Paylaş
Şərh əlavə et