Bu gün:

“Quru sərhədin bağlı olması regionlara marağı artırır”


24media.az-ın "1 sual, 1 cavab" rubrikasının budəfəki müsahibi Azərbaycan Turizm Agentlikləri Asosassiyasının  (ATAA) Turizm üzrə eksperti Rəhman Quliyevdir. Ekspert Azərbaycandakı turizmdən danışıb. 

- Azərbaycanda qış turizmini necə dəyərləndirirsiniz?

Bölgələrdə fəaliyyət göstərən bütün kateqoriyalı otellər həftəiçi günlərində nisbətən müştəri qıtlığı yaşayırlar. Həftəsonlarında doluluq müşahidə olunur. Bu, ölkədəki iş rejimindən asılıdır. Noyabr ayının 7-də elan olunan tətil zamanında bölgələrdə fəaliyyət göstərən otellərin, demək olar ki, doluluq səviyyəsi nəzərə çarpacaq qədər yüksəlib. Bunu sifarişlərdən görmək olur. Eyni zamanda, əlamətdar günlərdə də otellərdə sıxlıq müşahidə olunur. Bu günlərdə otellər, demək olar ki, servis baxımından ötən illərə nisbətən irəliləyib. Onlar beynəlxalq təcrübəyə əsaslanırlar. Çünki Azərbaycana gələn turist sayının artımı otellərin hərəkətə keçməsinə təşviq edir. Otellər öz reklamlarını yüksək səviyyədə edirlər. Bu, sevindirici haldır, əcnəbi turistlərin marağına səbəb olur. Konsertlərin, şou proqramlarının, şənliklərin keçirilməsi həm yerli, həm də əcnəbi turistlərin marağına səbəb olur. Bölgələrimizin ən ucqar nöqtələrinə çəkilən yollar çox yüksək səviyyədə inşa olunur. Bu da insanların bölgələrə rahat şəkildə gedib-gəlməsinə zəmin yaradır. Həmçinin sosial inkişafa da nail olmağa əsas verir. Quru sərhədin də bağlı olması da regionlara  marağı artırır. Pandemiyadan əvvəl Azərbaycandan böyük kütlə, xüsüsilə də əlamətdar günlərdə qonşu ölkələrə gedirdilər. Bu gün insanların bir qismi bölgələrə maraq göstərir. Bundan da sahibkarlar düzgün şəkildə yararlanmalıdırlar.

Fidan Abdullayeva 

Paylaş
Şərh əlavə et