Bu gün:

Mükəmməl pankek hazırlamaq


Səhər yeməyinin ən məşhur ləzzətlərindən olan pankeki sizə təqdim edirik. Qabaran və mükəmməl pankek hazırlamaq bir az çətin görünsə də, bəzi tövsiyələrlə kifayət qədər asandır. Hazırlanması 10 dəqiqə, bişirilməsi isə 10 dəqiqə çəkən pankek heç bir çətinlik çəkmədən hazırlaya biləcəyiniz səhər yeməyidir. Üstəlik, həm şirin, həm də duzlu olaraq hazırlaya bilərsiniz. Blinçiklərin necə hazırlanacağı ilə maraqlananlar üçün ilk addım əsas inqrediyentləri bir araya gətirməkdir. Un, yumurta və südlə hazırlanmış pankek xəmirini duz və ya dənəvər şəkər əlavə edərək hazırlaya bilərsiniz. Hazırlanmış pankek xəmiri yağlanmış tavada hər iki tərəfi bişirilir. Hazırlanmış pankek boşqablara qoyulduqdan sonra onları pendir, bal, şokolad və meyvələrlə bəzəyə bilərsiniz. Beləliklə, pankek növləri hansılardır və pankek hazırlamaq üçün hansı tövsiyələrə diqqət edilməlidir? Pankek hazırlayarkən diqqət etməli olduğunuz məqamlar bunlardır:

Soyuq məmulatlardan istifadə etmək;

Pankek hazırlayarkən gündəlik təzə inqrediyentlərdən istifadə etmək çox vacibdir. Bundan əlavə, süd, yumurta və yaö kimi məmulatlardan birbaşa soyuducudan götürüb istifadə etməlisiniz. Beləliklə, mükəmməl bir tutarlılığa malik pankek hazırlaya bilərsiniz.

Müxtəlif qablardan istifadə etmək;

Bir çox insanlar pankek hazırlayarkən tək qabdan istifadə edirlər. Pankek hazırlayarkən qatı inqrediyentləri bir qabda, maye inqrediyentləri isə başqa qabda qarışdırın. Nəhayət, qatı və maye inqrediyentləri birləşdirərək daha asan qarışdıra bilərsiniz.

Yumurtanın sarısını ayırmaq;

Çox ləzzətli və qabaran pankek hazırlamaq  istəyirsinizsə, diqqət etməli olduğunuz başqa bir məqam yumurtanın sarısı ilə ağını ayırmaqdır. Yumurta sarısını digər maye inqrediyentlərlə birləşdirin və köpük konsistensiyasına çatana qədər qarışdırın. Qatılaşdıqda yumurtanın ağını əlavə edə bilərsiniz.

Çox qarışdırmayın;

Pankek və bilinçik çox vaxt bir-biri ilə qarışdırılır. Ancaq bu iki resept arasındakı fərq qarışdırmaqdır. Bilinçik intensiv şəkildə qarışdırılan və maye konsistensiyada süfrəyə verilən yeməkdir. Pankek hazırlayarkən inqrediyentləri çox qarışdırmağa ehtiyac yoxdur.

Mikser əvəzinə çırpıcıdan istifadə edin;

Pankeki mikserlə qarışdırsanız, lazım olduğundan daha maye konsistensiyaya sahib olacaq. Bu, bişmiş pankeklərin sərtləşməsinə səbəb olur. Buna görə də, tel çırpıcı ilə qarışdırmağa diqqət edin.

Pankek xəmirini gözlətməyə ehtiyac yoxdur;

Pankek xəmirini hazırladıqdan sonra çox gözləmədən bişirmək lazımdır. Bu şəkildə, qabaran pankek əldə edə bilərsiniz. Xəmir gözlədikcə boşalmağa başlayacaq, pankeklərin qabarmağı azalacaq.

Çox yağ istifadə etməyin;

Pankek hazırlayarkən 1 xörək qaşığı yağdan istifadə etmək kifayət edəcək. Çox yağ istifadə etsəniz, pankekləriniz də yağlı olacaq.

Xəmiri tavaya yaydırmayın;

Bilinçik hazırlanarkən tavaya bir qaşıq məhlul əlavə edilir və qabın hər küncünə yayılır. Beləliklə, nazik, tülvari bilinçiklər alınır. Bununla belə, qarışığı yaymamağa diqqət edin ki, pankek lazımi qalınlığa sahib olsun.

Zəif odda bişirin;

Pankek tez bişirilən yeməkdir. Odur ki, pankek qarışığını tavaya qoyduğunuz zaman ocağı zəif oda qoyun. Bu şəkildə içərisi çiy qalmayacaq.

Mənbə: Lezzet 

Tərcümə etdi: Nuran Əhmədzadə 





Paylaş
Şərh əlavə et