Bir çox peşəkar və həvəskar sənətkarlar üçün vazkeçilməz olan skripka necə hazırlanır? Skripka istehsalının incəlikləri nələrdir? Skripka keyfiyyətini nə müəyyənləşdirir?
Skripka, əslində, rezonans qutusudur. Bir qoldan, ona bağlı 4 naqildən və naqillərin gərginliyi və mövqeyi kimi naqil vəziyyətini dəyişən və naqilləri tutan hissələrdən ibarətdir. Əslində, sadə bir alət kimi görünən skripka dərindən baxdıqda incə detallara və xüsusiyyətlərə malikdir və skripkanın səs keyfiyyəti çox vaxt bu hissələrdən asılı olaraq dəyişir.
Skripka 70-ə yaxın taxta parçadan ibarətdir
Skripka uzun müddət ərzində indiki formasını aldı. İlk nümunələr və indiki skripka zahiri cəhətdən oxşar olsa da, texnologiyanın inkişafı və biliklərin artması ilə digər alətlərdə olduğu kimi skripkada da ciddi dəyişikliklər baş vermişdir.
Skripkaya kənardan baxdıqda (bütün skripkalarda olmasa da) ilk diqqət çəkən onun parlaq xarici səthidir. Skripkanın bu hissəsi ağacını xarici təsirlərdən qorumaq və skripkaya daha estetik görünüş vermək üçün lak ilə cilalanır.
Skripkanın yuxarı hissəsi, yəni rezonans təmin edən hissəsi, (skripkanın titrəmə hissəsi) ümumiyyətlə, şam ağacından hazırlanır və skripkanın səslənməsində böyük əhəmiyyətə malikdir. Bu hissədə ən uyğun şam ağacı Fransanın Savoie bölgəsində bitir. Bu hissənin əyri olmasının mühüm səbəbi var. Skripka simli alət olduğu üçün dar simə ehtiyac var. Skripka stolunun bu gərginliyə tab gətirə bilməsinin sirlərindən biri də bu hissənin əyri olmasıdır. O qədərdir ki, orta skripkada simlər skripka körpüsünə təxminən 12 kiloqram təzyiq göstərir.
Mənbə:musiconline.com
Tərcümə etdi:Uğur Hacıyev
