Dırnaq boyasına sarımsaq əlavə etdilsə, nə olar?
Dırnaqlarınızı uzatmağın bir çox üsullarını sınamısınızsa və uğur qazana bilmirsinizsə, bu düsturu sınayın! Sarımsağı şəffaf dırnaq boyasına qoymaq ciddi möcüzələr yarada bilər. Dırnaqlarınızın uzanmamasının bir çox səbəbləri ola bilər. Əvvəlcə, bu problemin mənbəyini tapmaq lazımdır. Dırnaqlarınız qan azlığı, zəif immunitet sistemi və qidalanma kimi faktorlara görə böyüməyə bilər.
Çoxumuzun adətən gözdən qaçırdığı başqa bir detal var. Dırnaq göbələyi! Kabus kimi hiss etsəniz və sizdə olmadığını düşünsəniz belə, buna çox əmin olmayın. Soruşursan niyə? Dırnaq göbələyi əllərinizi nə qədər yusanız da, dırnaq altında yaşamağa davam edə bilər. Onlara müdaxilə edilmədikcə dırnaqdakı, canlı hüceyrələrin sağlam yaşamasına imkan vermirlər. Beləliklə, güclü bir antiseptik lazımdır. Bu zaman məlum olan ən güclü antiseptiklərdən biri olan sarımsaq işə düşür. Və yenə də sarımsağın gücündən faydalanırıq. Təbiətdə mövcud olan hər şey var!
Sarımsaq tərkibli dırnaq boyası necə hazırlanır?
- Bir neçə diş sarımsağı əzin.
- Kəsdiyiniz sarımsağı dırnaq lakınızın içinə qoyun (son və ya əsas lak kimi də adlandırılır).
- Sarımsağı sürtdüyünüz dırnaq boyasını 7-8 gün qaranlıq, otaq temperaturunda saxlayın. Hər gün şüşəni silkələməyi unutmayın.
- Bir neçə gündən sonra dırnaq boyanız istifadəyə hazırdır. Həmişə olduğu kimi dırnaq lakından istifadə edə bilərsiniz.
Dırnaq boyası qapağını açdığınız zaman sarımsaq iyi gələcək. Narahat olmayın, çəkdiyiniz zaman sarımsaq qoxusu olmayacaq.
Mənbə: habertürk
Tərcümə etdi: Çimnaz Məmmədova
