
Heyvanlar aləminin ən ağıllı biri olan delfinlər mehriban davranışları ilə tanınırlar.
Çox ağıllı olaraq xarakterizə edilən delfinlər haqqında çoxlu suallar var. Onları digər balıqlardan fərqləndirən maraqlı və ağlını başından alan xüsusiyyətlərə malikdirlər. Delfinlər haqqında bilinən bəzi maraqlı xüsusiyyətlər bunlardır: Şişeburunlu delfinlər, insanlara ən çox tanış olan delfin növləridir.
Delfinlər beyinlərinin yarısını söndürərək yata bilərlər. Açıq hissə nəfəs alma kimi həyati funksiyaları idarə etməyə imkan verir. Beynin yarısı yatdıqda, onların metabolizmi yavaşlayır və demək olar ki, hərəkətsiz qalırlar.
Delfinləri bütün məməlilərdən fərqləndirən bir xüsusiyyət, balalarının ana bətnindən quyruqları öndə çıxmasıdır. Beləliklə, onlar kürək doğururlar. Onlar 260 metr dərinliyə qədər dalış edə bilərlər.
Delfinlərin beynində problem həlli, fərqindəlik və s. Neokorteksin zəka əlamətləri ilə məşğul olan hissəsi çox mürəkkəb və inkişaf etmişdir.
Delfinlər güzgüdə özlərini tanımaq qabiliyyətinə malikdirlər, bunu bir çox heyvanlar edə bilməz. Delfinlər insanlar tərəfindən göstərilən müxtəlif jestləri və sözləri başa düşə bilirlər.
Delfinlər başlarının önündəki xüsusi orqandan səs dalğaları yayaraq, qarşıdakı obyektin istiqamətini, məsafəsini, sürətini, ölçüsünü və formasını təyin edə bilirlər. 180 dərəcə bucaq olan gözləri ilə arxalarını görə bilirlər. Həm suda, həm də suyun üstündə yaxşı görmə qabiliyyətinə malikdirlər.
Hər bir delfinin bir ad olaraq xidmət edən özünəməxsus fiti var. Həmçinin delfinlərin çox güclü yaddaşı var. Tanıdıqları delfinlərin fitini uzun illərdən sonra da xatırlaya bilirlər. Qatil balina orca əslində balina deyil, bir delfin növüdür. Delfinlər ailəsinin ən böyük nümayəndəsidir. Delfinlər çox sosialdır və suyun səthindən 20 fut hündürlüyə tullana bilirlər. Delfinlərin 43 fərqli növü var. Delfinlərin 38 növü dənizlərdə, 5 növü isə çaylarda yaşayır.
Mənbə: Olta deniz
Tərcümə etdi: Aynur Mikayılova
