Əncir tərkibindəki kalium, kalsium, antioksidantlar və A, E və K vitaminləri ilə sağlamlığı qorumağa kömək edir. Vitamin və minerallarla zəngin bir meyvə olan əncirin bir çox faydaları var. Antioksidantlarla zəngin olan qurudulmuş əncir immuniteti gücləndirir, orqanizmin xəstəliklərə qarşı müqavimətini artırır.

Ümumiyyətlə, üstünlük verilən quru xurma ilə yanaşı, qurudulmuş əncirlə də şirin istəkləri təmin etmək olar. Təzə əncirin tərkibində quru əncirdən daha çox vitamin və mineral var. Ancaq təzə əncir qədər quru əncirin də faydaları var.
Pəhriz lifi ilə zəngin olan qurudulmuş əncir; Tərkibində kalium, dəmir, kalsium, antioksidantlar və kompleks karbohidratlar var.
Quru əncir qəbizliyin müalicəsində təzə əncirdən daha təsirli ola bilər. Lakin meyvələr quruduqda şəkərin miqdarı artdığından quru əncirin şəkəri və kalorisi daha yüksəkdir. Bu səbəblə daha orta dərəcədə istifadə edilməlidir.
Tərkibindəki şəkərin yüksək olması və qanda şəkərin ani artması səbəbindən, xüsusilə, diabet xəstələrinin təzə və ya qurudulmuş əncirdən uzaq durmaları və istehlak edildiyi təqdirdə 1 ədəddən çox əncir yeməmələri tövsiyə edilir.
Pəhriz zamanı əncir istifadə edilə bilərmi?
Tövsiyə olunan miqdar keçilmədiyi müddətcə ənciri pəhriz siyahılarına asanlıqla əlavə etmək olar. 2 quru əncir və ya 2 təzə əncir təxminən 60 kaloridir.
Gündə neçə əncir qurusu yeyilməlidir?
Meyvə istifadəsində müxtəlifliyi təmin etmək vacibdir. Gündə orta hesabla 3 porsiya meyvə yemək tövsiyə olunur. Gündə 2 ədəd qurudulmuş və ya təzə əncir qəlyanaltı və ya səhər yeməyi olaraq asanlıqla istehlak edilə bilər.
Quru əncir qan təzyiqinə necə təsir edir?
Bütün quru meyvələr kimi əncirin qurusu da az su ehtiva edir. Qurudulmuş meyvələr tərkibindəki yüksək kalium sayəsində təzyiqi tarazlaşdıraraq qan təzyiqini nəzarət altında saxlamağa kömək edir. Xüsusilə, böyrək çatışmazlığı olan xəstələr əncir yeyəndə porsiyaya diqqət yetirməlidirlər.
Əncirin tərkibində yüksək miqdarda lif var. Bu şəkildə suyu bağırsağa çəkir, tullantıların bağırsaqdan sürətlə keçməsini təmin edir. Bundan əlavə, tərkibindəki probiyotiklər həzm sağlamlığını yaxşılaşdırır. Bu çərçivədə əncir qəbizliyin qarşısını almaqda təsirlidir.
Quru ənciri necə saxlamaq lazımdır?
Qurudulmuş əncir sərin və quru yerdə saxlanmalıdır. Soyuducuda saxlanılırsa, 1 il ərzində istifadə edilməsi məsləhət görülür.
Mənbə: NTV
Tərcümə etdi: Çimnaz Məmmədova
