
Hər şeydən əvvəl fərdlərin bilməsi lazım olan ən vacib şey, göz rənginin genlər tərəfindən müəyyən edilməsidir. Əgər hər iki valideynin gözləri rənglidirsə, uşaqlarının gözləri də rəngli olması mümkündür. Yəni göz rənginə təsir edən ən əhəmiyyətli faktor və göz rənginin səbəbi genlərdir.
Göz rəngləri necə əmələ gəlir və necə müəyyən edilir?
Göz rənginin təyini heterojen və ya homojen vəziyyətlərdə təsirli olur. Bu vəziyyətə misal olaraq, tutaq ki, uşağın anasının və atasının gözləri qaradır. Bu vəziyyət nəzərə alındıqda, əslində, fərdlərin uşaqlarının gözlərinin qara olması gözlənilir.
Bununla belə, qara göz rəngi digər göz rənglərindən daha dominant bir gendir.
Ümumi olaraq bir insanın göz rənginin təyin edilməsində ən vacib addım gözləri meydana gətirən iki genin homojen olub olmadığıdır.
Valideynlərdən birinin gözü qara və tamamilə homojendirsə, uşağın mütləq qara gözləri olacaq. Ancaq ana və atanın heterojen gözləri, yəni bir qara və bir mavi göz rəngi olsa, uşağın mavi gözlü olma ehtimalı 25 faizdir.
Mənbə: Milliyet
Tərcümə etdi: Aminə Paşazadə
