Bu gün:

Türkan Şoray kimdir?


Türkan Şoray türk kinosunda “Sultan” kimi tanınır. 1960-cı ildə oyunculuğa başlayıb və ilk kino mükafatını 1964-cü ildə Antalya Qızıl Portağal Film Festivalında "Acı Həyat" filminə görə ən uğurlu aktrisa mükafatı ilə alıb.

Ümumilikdə 222 filmdə rol alan Türkan Şoray bu sayla dünyada ən çox filmdə oynayan aktrisadır.

İstanbulun Eyüp rayonunda anadan olan Türkan Şoray məmur ailəsinin ilk övladıdır. Nazan və Figen adlı iki bacısı olan Şorayın atası dünyasını dəyişib.

Fatih Qız Liseyinin orta bölümünü bitirən Şoray anası Meliha Şorayın dəstəyi ilə kinoya addım atıb.

Mənbə: Haberler

Tərcümə etdi: Aminə Paşazadə


Paylaş
Şərh əlavə et