
24media.az-ın “1 sual, 1 cavab” rubrikasının növbəti qonağı Tibb eksperti Aydın Əliyevdir. O, elektron siqaretlərin insanlara zərərləri haqqında danışıb.
Elektron siqaretlərin zərərləri nələrdən ibarətdir?
Elektrin siqaretlərin zərərləri çoxdur. Karbon qazı çoxalır, qanı qatılaşdırır. Qan qatılaşanda damarlarların tutulmasına və zədələnməsinə, ağciyərlərin korlanmasına səbəb olur. İctimai-maddi nəzərdən baxanda bir şəxs ortalama olaraq 150-200 manat pulu siqaretə xərcləyir ki, bu da təxminən 2 min, 3 min pul edir. Bundan əlavə, siqaretin həm çəkən şəxsə,həm də ətraf mühitə-insanlara zərərləri mövcuddur. Belə ki, siqareti çəkib yerə atmaq psixoloji və fiziki baxımdan bu düz deyil, həm də xəstəliyi yayır. Ən önəmlisi də ətrafı zibilləyir. Elektron siqaretin bu qədər populyar olmasının səbəbi dişlərdə ləkə və ağızda qoxu buraxmamasıdır.
Çimnaz Məmmədova
