Ümumiyyətlə, yetkin bir insanın 1-2 ay yeməksiz yaşaması ehtimalı var. Ancaq yeməkdə olduğu kimi, insanların su olmadan nə qədər yaşaya biləcəyini dəqiq söyləmək çətindir.
Sağlam bir yetkin insan, ümumiyyətlə, 3 günə qədər susuzluğa dözə bildiyi halda, bu müddətin çox nadir hallarda 8-10 günə qədər uzandığı müşahidə edilmişdir. Bununla belə, əlavə xəstəliklər və ya isti mühit susuzluğa tolerantlığı azaldır. Bundan əlavə, uşaqların aclıq və susuzluğa dözümlülüyü çox dəyişkəndir. Məsələn, yay günü isti maşında qalan kiçik uşaq tez susuz qala və bir neçə saat ərzində ölə bilər.
Mənbə:drozdogan.com
Tərcümə etdi:Rəhimə Cəmilova
