Bu gün:

Su pəhrizi nədir?


Su pəhrizi 24-72 saat ərzində su və ya digər içkilərdən başqa heç bir şeyin istifadə edilmədiyi bir pəhriz formasıdır.

Tədqiqatlar göstərir ki, kalorilərin məhdudlaşdırılmasına əsaslanan pəhrizlər arıqlamağa töhfə verməklə yanaşı, xroniki xəstəliklər riskini azaltmağa və hüceyrə yenilənməsini sürətləndirməyə kömək edə bilər. Su həyatın davamı üçün əvəzolunmaz birləşmələrdən biridir. Həyati funksiyaların problemsiz davam etməsi üçün gün ərzində orqanizmin ehtiyacı olduğu qədər içmək vacibdir. 

Bu gün bəzi sağlamlıq problemlərinə qarşı mütəxəssis həkimlər tərəfindən tətbiq edilən su pəhrizi müalicəsi xalqa məlum olan su pəhrizindən fərqlidir. Su pəhriz müalicəsində su içməyi artırarkən, adətən, bəzi fərdi qida qruplarını ehtiva edən pəhriz siyahısı hazırlanır və həkimlər tərəfindən uyğun görülən bir müddət ərzində tətbiq edilir.

Mənbə:medicalpark.com.tr

Tərcümə etdi: Rəhimə Cəmilova

Paylaş
Şərh əlavə et