
Səma hadisələri və göy cisimləri ilə bağlı təfərrüatlar hər zaman insanlar üçün maraq doğurmuşdur. Bunlardan biri də ulduzlardır... Bəs kainatın ən böyük ulduzunun adı nədir?
Tədqiqatlara görə, ən kütləvi ulduzlar çox vaxt ən yüngül ulduzlardır. Çünki ulduzlar yaşlandıqca genişlənə və kütlə itirməyə başlaya bilərlər. Süd Yolunun ən böyük ulduzlarının adları üzərində araşdırmalar davam etdikcə bu ulduzların adları hər il dəyişir. Səma nəhəng bir okeandır və tədqiqatçılar bu okeanda təxmini hesablamalar aparır, ən böyük ulduza uyğun gələn məlumatları tapır və ulduzu müəyyənləşdirirlər.
Günəş sisteminin ən böyük ulduzu hansıdır?
Kainatın ən böyük ulduzu Stephenson 2-18-dir. Bir çox başqa nəhəng ulduzların yerləşdiyi Kalkan bürcündə yerləşən Stephenson 2-18 və kəşf edilənə qədər ən böyük ulduz hesab etdiyimiz UY Scuti də eyni bürcdə yerləşir.
Bu ulduz planetimizdən təxminən 20 min işıq ili uzaqdadır. Bu məsafə vahidi bizə ulduz işığının bizə çatmasının 20 min il çəkdiyini göstərir. Beləliklə, Stephenson 2-18 ulduzu bu anda partlasaydı, biz bunu yalnız 20 min ildən sonra teleskoplarımızla görə bilərik. Böyüklüyünə və uzaqlığına görə Stephenson 2-18 kəşf edildiyi bölgədə belə mövcud olmaya bilər.
Stephenson 2-18 ulduz UY Scuti taxtdan salaraq, kainatın ən böyük ulduzu adını alıb. Stephenson ulduzu əslində kiçik fərqlə bu titula sahib idi. Stephensson ulduzu həcminə görə UV Scuti ulduzundan təxminən 2,5 dəfə böyükdür. Bu ulduz həm də içərisinə 10 milyard Günəşi sığdıracaq qədər böyükdür. Stephenson o qədər böyükdür ki, əgər o, Günəşin olduğu Günəş sistemində yerləşsəydi, hətta Saturn planetini də özündə saxlaya bilərdi.
Çoxlu nəhəng qırmızı ulduzları ehtiva edən Stephenson 2-18 qeyri-adi dərəcədə isti bir ulduzdur. Onun ölçüsü 2160 günəş radiusu olaraq təsvir edilir və səthinin temperaturu 3000 dərəcə Selsidir. Onun parlaqlığı, ölçüsü kimi, Günəşin parlaqlığı ilə müqayisə edilir. Bu ulduzun parlaqlığı təxminən 500.000 günəş işığıdır. Ulduzun bütün xüsusiyyətləri qeyri-adidir. Günəşdən 2150 dəfə böyük olan bu ulduz Süd Yolunun ən böyük ulduzu elan edilib.
Mənbə: haber7.com
Tərcümə etdi: Nəzri Süleymanova
