
Rəsm çəkməyin təkcə böyüklər üçün deyil, uşaqlar üçün də saysız-hesabsız faydaları var. Rəsm çəkmək uşaqlar üçün yalnız fəaliyyət deyil.Bunun onlar üçün bir çox faydaları da var. Bu faydaları aşağıdakı kimi sadalaya bilərik:
Əl-göz koordinasiyasını təmin edir
Rəsmlə uşaq kiçik əzələlərindən səmərəli istifadə etməyi öyrənir və göz-əl koordinasiyası əldə edilir. Özünə hörmət yaradır.
Uşaq yeni formalar çəkməkdən zövq alır
Ətrafındakılardan razılıq alarsa, məmnunluq səviyyəsi yüksəlir. O, nəyəsə nail olduğuna inanır və bu, özünə inamı inkişaf etdirməyə imkan verir.
Şəxsiyyətini, xəyallarını, qayğılarını əks etdirir
Rəsm ünsiyyət vasitəsidir. İstifadə etdiyi rənglərlə, çəkdiyi xətlərlə daxili aləmini kağız üzərində əks etdirir.
Şəkil enerji yeniləmək üçün vasitədir.
Uşaqlar gün ərzində çəkdikləri cizgilər, istifadə etdikləri karandaşlar, müxtəlif fırça vuruşları ilə gün ərzində yaşadıqları müxtəlif qəzəbdən qurtula bildikləri üçün, onlar daxilərində yığılan mənfi enerjini qanuni olaraq sərbəst buraxmaq imkanına sahib olurlar.
Mənbə: Habertürk
Tərcümə etdi: Fatimə Şükürova
