
Hindistancevizi yağı, xüsusilə, sağlam qidalanma tendensiyaları arasında tez-tez yeyilən məhsula çevrilmişdir. Türk mətbəxində toz halında görməyə adət etdiyimiz hindistan cevizi əslində çox qidalı bir tropik meyvədir. Hindistancevizi yağı, doymuş yağ nisbəti yüksək olan bu meyvədən əldə edilən yağdır. Bu səbəbdən kokos yağının faydaları mübahisəli bir mövzudur. Bütün ekspertlər kokos yağının həqiqətən sağlam bir yağ olması ilə razılaşmır. Kokos yağının faydaları arasında; Müntəzəm olaraq istehlak edildikdə, şəkər istəklərini idarə etmək, çəkiyə nəzarət etmək, həzmi asanlaşdırmaq və maddələr mübadiləsini sürətləndirmək qabiliyyətinə sahib olduğu düşünülür. Dərinin nəmini saxlamağa kömək etdiyi və ağız sağlamlığı üçün faydalı olduğu da deyilir. Kokos südü veganlar üçün də yaxşı alternativdir. Kokos Yağının Üz üçün Faydaları
Kokos yağını müxtəlif məhsullarla qarışdırıb peeling kimi üzə çəkmək nəmləndirici effekt yaradır. Ancaq həddindən artıq yağlılığa səbəb ola biləcəyi üçün yağlı dərilər üçün problemlər yarada bilər. Yaşlanma xətlərinin görünüşünə qarşı profilaktik rolu olduğu iddia edilir. Tərkibində antioksidantlar olan hindistan cevizi yağı ətraf mühitin stres faktorları ilə mübarizəni asanlaşdırır. Gecə nəmləndiricisi kimi krem kimi üzə çəkilməsinə üstünlük verilə bilər. Həm də göz altı quruluğuna qarşı nəmləndirici rolunu oynaya bilər.
Mənbə:Aci badem
Tərcümə etdi:Aynur Mikayılova
