
Cənub qütbü Şimal qütbündən qat-qat soyuqdur. Əslində hər iki qütb soyuq bölgələrdir. Çünki günəş şüaları qütblərə çox əyri şəkildə gəlir. Əslində, qütblərdə günəş ilin altı ayı heç vaxt çıxmır. Buna görə də qütb bölgələrinin həddindən artıq istiləşməsi mümkün deyil. Bu hər iki qütb üçün doğru olsa da, Cənub Qütbü Şimal Qütbündən qat-qat soyuqdur. Bunun səbəbi iki qütbün göründüyü qədər oxşar olmamasıdır. Hər iki qütb buzla örtülsə də, Cənub Qütbü quru kütləsi olduğu üçün Antarktida adlanan yeddi qitədən biri hesab olunur. Şimal qütbü okeanda üzən buz kütləsidir. Cənub qütbü çox qalın buz təbəqəsi ilə örtülüdür və onun orta hündürlüyü çox yüksəkdir. Bu, Cənub qütbünü daha kontinental və soyuq bir yerə çevirir. Şimal qütbünü meydana gətirən buz kütləsi suyun üzərində çox aşağı hündürlüyə malikdir və Şimal qütbü onun üzdüyü okeanın mülayim təsiri altındadır. Nəticədə Cənub qütbündə orta temperatur Şimal qütbündən xeyli aşağıdır.
Mənbə:bilimgenc
Tərcümə etdi:Fatimə Şükürova
