
Şirniyyat istəklərinin gündəlik həyatın rahatlığına təsir etmək, insanları bədbəxt etmək və performansı azaltmaq kimi təsirləri var. Bu vəziyyətin şəkər asılılığı və beynin şəkərə reaksiyası ilə bağlı olduğu məlumdur. Xüsusilə qadınlarda menstruasiya zamanı şokolad yemək istəyi artır. Digər tərəfdən, aşağı kalorili pəhrizlər və ya uzun müddətli aclıq hallarında şəkər və şokolada meyl artır.
Səbəbləri:
Gün ərzində qan şəkərinin balanslı olması çox vacibdir , qan şəkərinin ani düşməsi nəticəsində orqanizm şirniyyat qəbul etmək istəyir. Orqanizm oturaq həyat tərzinə uyğunlaşıbsa, əlavə enerji sərfiyyatının olduğu günlərdə orqanizm müvəqqəti olaraq şirniyyata can atacaq, ancaq bu şirin istəklər müvəqqətidir. Kifayət qədər karbohidrat qəbul etmədikdə də bu hal baş verə bilər. Digər səbəblər kimi isə, şəkərdən asılılıq, düzgün qidalanmamaq, xəstəliklər, hormonal və psixoloji xəstəlikləri saymaq olar.
Mənbə: NTV
Tərcümə etdi: Tahirə Bağırzadə
