Bu gün:

İtlər dünyanı necə görür


İtlərin dünyanı ağ və qara rəngdə gördüyünə dair ümumi bir inanc var. Əslində bu inanc tamamilə doğru deyil.

İnsan gözü parlaq işıqda ən aydın görmək üçün tənzimlənmişdir. İtlərin gözləri isə, bir çox yırtıcılar kimi, zəif işıqda aydın görmək üçün tənzimlənmişdir. Gözün torlu qişasında (sinir) zəif işıqda görən və hərəkətə həssas olan “çubuq” hüceyrələr və rəngə və detallara həssas olan konus hüceyrələr var. İnsanın tor qişasında üç növ konus hüceyrəsi var. İtin tor qişasında yalnız 2 konus hüceyrəsi var. Nəticədə itlər; Onlar qırmızı və yaşılı ayırd edə bilməyən rəng korları kimi görürlər. Rəng koru insanlara da aid edilən məşhur inancın əksinə olaraq, itlər dünyanı ağ-qara rəngdə görmürlər.  

Sadəcə qırmızı və yaşılı ayırd edə bilmirlər. İtlərin gözlərinin üzün hər iki tərəfində yerləşməsi nəticəsində onların görmə sahəsi 240 dərəcə olur. İnsanlarda isə yanal görmə sahəsi 200 dərəcədir. Pişiklərdə və itlərdə tor qişanın altında "tapetum" təbəqəsi var ki, bu da daxil olan işığa güzgü effekti verir və gecə ov üçün daha aydın görməyə kömək edir. Buna görə də gecələr heyvanların gözləri işıq düşdüyü zaman parlayır.

Mənbə: Banu Coşar

Tərcümə etdi: Tahirə Bağırzadə

Paylaş
Şərh əlavə et