Təbiətə zərər verməyən və nəqliyyat problemi olmayan quruluşu ilə metro çağımızın ən çox istifadə edilən nəqliyyat vasitələrindən biridir. İlk dəfə 1863-cü ildə İngiltərənin paytaxtı Londonda istifadəyə verilən metro zamanla başqa ölkələrdə də istifadə olunmağa başlayıb. Təxminən 200 illik tarixinə baxmayaraq digər nəqliyyat vasitələrini geridə qoyan metro şəbəkələri indi uzunluğu və sürəti ilə bir-biri ilə rəqabət aparır.
1. London, İngiltərə
1863-cü ildə açılan London metrosu dünyanın ən qədim yeraltı nəqliyyat sistemlərindən biridir. 400 kilometr uzunluğunda Şanxay metrosundan sonra dünyanın ən uzun ikinci metrosu kimi tanınan xətt 270 stansiyadan ibarətdir. Böyük Britaniyanın Esseks, Hertfordşir və Bukingemşir şəhərlərini birləşdirən London metrosu gündə təxminən 4,8 milyon sərnişinə xidmət göstərir.
2. Nyu York, ABŞ
1904-cü ildə fəaliyyətə başlayan Nyu York metrosu dünyada ən çox istifadə edilən metro sistemlərindən biridir. Uzunluğu 380 kilometr olan xətt 472 stansiya ilə dünyada ən çox stansiyası olan metro hesab olunur. Dünyanın yeddinci ən sürətli tranzit dəmir yolu ünvanını da daşıyan Nyu York Metrosu hər gün 6 milyondan çox insana xidmət göstərir.
3. Moskva, Rusiya
Dünyanın ən qədim və ən böyük metrolarından biri olan Moskva metrosunun tikintisinə İosif Stalin 1931-ci ildə başlayıb. Rusiya Federasiyasının paytaxtı Moskvada yerləşən bu xətt daxili memarlığı və dizaynı ilə dünyanın ən gözəl metrosu hesab olunur. Təxminən 340 kilometr uzunluğunda olan Moskva metrosu hər gün 19,5 saat fasiləsiz işləyir və 9,2 milyon sərnişin daşıyır.
4. Paris, Fransa
Fransanın paytaxtı Parisdə yerləşən və "Metropolitan" kimi tanınan Paris Metrosu Avropanın ən işlək metro sistemlərindən biridir. İlk xətti 1900-cü ildə inşa edilən metronun bu gün uzunluğu 214 kilometrdir. Bu xüsusiyyətləri ilə dünyanın ən qədim və ən böyük metroları arasında olan Paris metrosundan hər gün təxminən 4,16 milyon insan istifadə edir.
5. Berlin, Almaniya
Dünyanın ən qabaqcıl metrolarından biri sayılan Berlin metrosu 1902-ci ildə açılıb. Adını almanca 'yeraltı dəmir yolları' mənasını verən 'untergrundbahn' sözünün abbreviaturası olan U-Bahn-dan alan metro cəmi 173 stansiyadan ibarətdir. 151,7 kilometr uzunluğunda Almaniyanın ən əhatəli yeraltı şəbəkəsi olan Berlin Metrosu hər gün 1,4 milyon insana nəqliyyat təmin edir.
6. Mexiko şəhəri, Meksika
Meksikada “Sistema de Transporte Colectivo” adlanan “Mexico City Metro”, Nyu York Metrosundan sonra Şimali Amerikada ikinci ən böyük metro kimi tanınır. 1969-cu ildə istifadəyə verilən metro 195 stansiya ilə 226 kilometr əraziyə yayılır. Ölçüsü ilə dünyanın ən yaxşı doqquzuncu metrosu sayılan “Mexico City Metrosu” gündə orta hesabla 4,4 milyon sərnişinə xidmət göstərir.
Mənbə: turna com
Tərcümə etdi: Sevil İsmayılova
