Bu gün:

İlk ağ gəlinliyi kim geyindi?


Gəlinliklərin tarixi qədim sivilizasiyalara gedib çıxır. Qədim Misirdə laylı kətan parçalar gəlinlik kimi geyilirdi. Orta əsrlərdə gəlinlik geyinmək adət olmasa da, qadınlar xüsusi günlərdə daha zəngin və dəbdəbəli geyimlərə üstünlük verirdilər. Çin və Hindistanda gəlinlər qırmızı rəngə üstünlük verirdilər. Kral ailələrində daha nəcib rənglər hesab edilən qızıl sarı və gümüş rənglərdən istifadə olunurdu.


Kraliça Viktoriya ilk ağ gəlinliyi geyindi.

Tarixdə ilk ağ gəlinlik 16-cı əsrdə İngiltərə kraliçası Viktoriya tərəfindən geyinilib. 1854-cü ildə Şahzadə Albertlə evlənən Kraliça Viktoriya ağ atlaz gəlinliyə üstünlük verib. Kraliça Viktoriya toydan sonra gündəliyinə yazıbmış: 

"Mən köhnəni təqlid edən çox dərin Honiton krujevası olan ağ atlaz paltar geyindim. Mən türk brilyant boyunbağımı, sırğamı və Albertin gözəl sapfir broşunu taxmışdım".

Kraliça Viktoriya, beləliklə, əsrlər boyu davam edəcək gəlinlik trendinə ilham verdi. Kraliça Vitoriyanın hakimiyyəti dövründə onun ağ rəng seçimi həm zənginlik əlaməti, həm də bakirəlik simvolu kimi qəbul edilirdi.

Osmanlıda qırmızı rəngə üstünlük verilirdi.

Osmanlı İmperatorluğunda sarayda gəlinliklərdə qırmızı üstünlük təşkil edirdi. İnsanlar mavi, lavanda, yasəmən, bənövşəyi, çəhrayı kimi rənglərə üstünlük verirdilər. Həm sarayda, həm də camaat arasında gəlinin örtüyü həmişə qırmızı olub.

1870-ci illərdə Paris modası Osmanlı imperiyasına təsir etməyə başlayanda gəlinliklərin rəngləri getdikcə daha açıq olur. Osmanlı imperiyasında ağ gəlinlik geyinən ilk şəxs Sultan II Əbdülhəmidin qızı Naimə Sultan olub. İngiltərə kraliçasından sonra Osmanlı şahzadəsinin ağ gəlinlik geyinməsi gəlinlikdə ağ rəngin daha çox üstünlük təşkil etməsinə səbəb olub.Beləliklə, ağ gəlinliklər 18-ci əsrdən etibarən hər il fərqli modellərlə bu günə gəlməyə başladı.

Mənbə: m.haberturk.com

Tərcümə etdi: Günay Ələsgərova

Paylaş
Şərh əlavə et