
Körpələr üzərində aparılan araşdırmalara görə empatiya qabiliyyətimiz doğuş zamanı yüksək olsa da uyğun şərtlərdə sürətlə itirilə bilən bir qabiliyyətdir.
Empatiya bacarıqlarını sonradan əldə etməyin yolu; Açıq suallar vermək, yavaş hərəkət etmək, şərhlər vermək, tez mühakimə yürütməkdən qaçmaq, öz davranışlarımızı və düşüncələrimizi anlamağa çalışmaq, keçmişdən öyrənmək, hadisələrin axmasına imkan vermək, özümüz və başqalarının davranışı üçün müəyyən məhdudiyyətlər yaratmaq.
Müsbət məqsədlər üçün istifadə edildikdə əməkdaşlığı, məhsuldarlığı, rifahı və xoşbəxtliyi artıran bu qabiliyyət, pis məqsədlər üçün istifadə edildikdə manipulyasiya şəklini alır.
Empatiya:Bu o deməkdir ki, insan özünü başqasının yerinə qoyaraq onun hiss və düşüncələrini dəqiq anlaya bilir. İnsan münasibətləri empati ilə yaxşılaşır. İnsanlar arasında döyüşlər zamanla azalır, hətta yox olur. Ailə daxilində empatiya o deməkdir ki, ailə üzvləri digər insanı öz yerinə qoyur. Bu yolla fərdlər qarşı tərəfin necə reaksiya verəcəyini bilir və ona uyğun davranır.
Empatiyanın üç qaydası
•İnsan özünü başqasının yerinə qoymağa və hadisələrə qarşı tərəfin gözündən baxmağa çalışır.
•Başqasının hiss və düşüncələrini düzgün başa düşmək və hiss etmək
• Başqa insana qarşı insanı başa düşdüyünü ifadə etmək
Mənbə: milliyet
Tərcümə edən: Gülay Qəribova
