
İngilis dili bu gün ən çox danışılan dillərdən biridir. Dünyada ingilis dilində ana və ya ikinci dil kimi danışan təxminən 2 milyard insan var. Bu o deməkdir ki, siz yalnız ingilis dilində danışmaqla dünyanın bir çox bölgələrində insanlar ilə ünsiyyət qura bilərsiniz. Əslində, siz nəinki ünsiyyət qura, həm də birlikdə biznes qura və öhdəsinə götürdüyünüz layihədən inventsiya ala bilərsiniz.
Media, proqram təminatı, elm və texnologiyanın dili ingilis dilidir. Ona görə də bu sahələrdə çalışan hər kəs ingilis dilini öyrənməklə öz layihəsini beynəlxalq layihəyə çevirə bilər.
Bəs ingilis dili necə bu qədər geniş yayılmış bir dilə çevrildi?
Britaniya İmperiyasının təsiri
İngilis dilinin bütün dünyaya yayılmasının ilk səbəbi kimi Britaniya İmperiyasını göstərə bilərik. Britaniya İmperiyası dünyaya yayılmazdan əvvəl bu dil yalnız ingilislərin danışdığı bir dil idi. Lakin müstəmləkəçilik illərinin başlaması və qlobal ticarətin artması ilə Asiya və Afrika kimi bölgələrdə ingilis dili geniş şəkildə danışılmağa başlanıldı.
İngilis dilini populyarlaşdıran tarixi inkişaflar
İngilis dili təkcə İngiltərə və Amerika təsiri altında deyil, həm də bir çox tarixi amillərin təsiri altında inkişaf edib və geniş yayılıb. Məsələn:
• Britaniya İmperiyasının böyüməsi
• Sənaye inqilabı
• Bankçılığın yaranması və yayılması
• Kino, film və seriallar kimi media sənayesinin bütün dünyaya yayılması
• Elmin inkişafı
• İnformasiyaya çıxış asanlığının artması, texnologiyanın yaranması
Mənbə: Open English España
Tərcümə etdi: Aminə Paşazadə
