Bu gün:

Ağaclar niyə yarpağını tökür?


Heç bir payız axşamı evə gedərkən ətrafınızdakı ağaclardan düşən yarpaqları görmüsünüzmü? Gəlin bu vizual hadisənin səbəblərini alimlərin gözü ilə araşdıraq.

Bitkilər fotosintez yolu ilə öz qidalarını istehsal edə bilən eukaryotik canlılar aləmidir və yaşamaq üçün günəş işığına ehtiyac duyurlar. Payızın gəlişi ilə günlər qısalmağa, temperatur aşağı düşməyə başlayır. Temperatur azaldıqca torpaqdakı su bərkiyir və ağac köklərinin suyu udması çətinləşir. Bu proses zamanı yarpaqlar tərləməyə davam edir. Onların etdikləri bu hərəkət bitki üçün həddindən artıqdır. Yarpaqlar çox su qəbul edir. Bu səbəbdən ağac onlardan qurtularaq enerjiyə qənaət etmək istəyir və yarpaqlarını tökür. Bunu bir növ qışa hazırlıq da adlandırmaq olar. Bununla da su ehtiyatları qorunur. Ağac yarpaqları tökməzdən əvvəl yarpaqdakı qidaları gövdəsində saxlayır. Beləliklə, qida maddələrini itirmir.

Yarpaq tökülməsi hər bir yarpağın gövdəsi ilə budaq arasındakı sahədə baş verən son dərəcə mürəkkəb hadisələr nəticəsində baş verir. Yarpaq tökülməsi ilk olaraq yarpağın qocalması ilə başlayır. Yarpaqlarda qocalmanın ilk əlamətlərindən biri yarpaqlarda Abscisic turşusu (ABA) və Etilen hormonunun istehsalına başlamasıdır. Bir müddət sonra bu hormonlar ləçək sapının budaqla birləşdiyi bölgədəki hüceyrələrdə dəyişiklik yaradır və bu nahiyədə kiçik hüceyrələr əmələ gəlməyə başlayır. Eyni zamanda, bu hüceyrələr parçalayıcı fermentlər istehsal etməyə başlayır. Birincisi, sellüloza fermentləri hüceyrə divarlarını parçalayır. Pektinaza fermentləri daha sonra hüceyrələri bir-birinə bağlayan pektin təbəqəsini parçalayır. Bütün bu hadisələr nəticəsində yarpaq sapının budaqla birləşdiyi yerdə ayrılma zonası yaranır. Nəhayət, budağa yalnız orta damardan bağlanan yarpaq yüngül külək və ya titrəyiş nəticəsində qopur. Sapağın və gövdənin ayrılma nöqtəsi ətrafındakı hüceyrələrdə; Su itkisinin və mikroorqanizmlərin yayılmasının qarşısını almaq üçün dərhal göbələk təbəqəsi əmələ gəlir və açılmış yara bağlanır.

Yerə düşən ölü yarpaqlar digər canlıların faydalana biləcəyi qidaları ehtiva edir. Bu qidalar mikroorqanizmlər tərəfindən dəyişdirilərək torpağa qarışır. Ağaclar da bu maddələri kökləri vasitəsilə torpaqdan qida kimi geri ala bilirlər.

Yarpaqlarının tökülməsi bitkilərin qida, enerji və suya olan ehtiyaclarını azaltmağa kömək edir, beləliklə onlara soyuq və quru havalarda sağ qalmağa kömək edir. Bitkilərdə həyatı davam etdirmək üçün yarpaq tökülməsi məcburidir. Payızda bizə dinclik bəxş edən gözəl mənzərənin arxasında belə bir uzun proses var imiş.

Mənbə: BilimUp

Tərcümə etdi: Nəzri Süleymanova

Paylaş
Şərh əlavə et