
Yağlı saçlar bir çox insanların qarşılaşdığı, həm sağlamlıq, həm də görünüşə mənfi təsir göstərən ümumi bir vəziyyətdir.
Yağlı saçların səbəbləri
Saçlarımızın yağlanması təkcə xarici amillərdən qaynaqlanmır. Yağlı saç problemi bəzi daxili səbəblərdən də yarana bilər. Saçların niyə yağlı olması sualının cavabı dəridə yağ ifrazının artmasına əsaslanır . Yağlı saçların ən əhəmiyyətli səbəblərindən biri hormonal dəyişikliklərdir. Xüsusilə yeniyetməlik dövründə hormonların təsirindən saçlar daha çox yağlanır. Bundan əlavə stres, yanlış qidalanma vərdişləri və genetik faktorlar da saçların yağlanmasına səbəb ola bilər.
Baxım məhsulları da saçların yağlanmasına səbəb ola bilər. Saç tipinizə uyğun olmayan şampun, kondisioner və üslub məhsulları istifadə etmək yağlılığa səbəb ola bilər. Baxım üçün düzgün məhsullardan istifadə saçlarınızın sağlam və parlaq görünməsini təmin edəcək . Bundan əlavə, saçların tez-tez yuyulması da saçların yağlanmasına səbəb ola bilər. Çünki saçların davamlı yuyulması dəridə yağ ifrazını artıraraq saçların daha tez yağlanmasına səbəb olur.
Saçlarınızda yağ problemi varsa, düzgün qulluq üsulları və məhsulları ilə çox çətinlik çəkmədən bu problemi aradan qaldıra bilərsiniz. Unutmayın ki , sağlam və baxımlı saçlara sahib olmaq üçün bu təbii aksesuarlara diqqət yetirməlisiniz.
Mənbə: Bioxcin
Tərcümə etdi: Nəzri Süleymanova
