Payızın sonu yaxınlaşdıqca piştaxtada özünə yer tapan heyva ən şəfalı meyvələrdəndir. Qış boyu masalarda fərqli istifadələri ilə diqqət çəkir. Plov və dolma, ət yeməklərini bəzəyir. Halbuki heyva deyiləndə ilk ağlımıza gələn heyva deserti olur ki, hər kəsi həm qoxusu, həm dadı ilə valeh edir. Bəzən bişirmə zamanı edilən səhvlər onun rənginin dəyişməsinə və konsistensiyasının çox sərt və ya yumşaq olmasına səbəb ola bilər. Mükəmməl heyva desertini hazırlamaq üçün bilməli olduğunuz tövsiyələrə nəzər salaq:
Heyva seçimi

Heyva deserti hazırlamaq üçün yumşaq heyvaları seçsəniz, əvvəldən səhv etmiş olarsınız. Bir az yumşaldılmış heyvaların tutarlılığına nail olmaq daha çətin ola bilər. Ona görə də heyva deserti hazırlayarkən bir qədər bərk, sulu və sarı rəngdə olan heyvalardan istifadə edin. Şirniyyat hazırlayarkən mütləq çürük heyvalardan istifadə etməyin.
Limonda isladın
Məlum olduğu kimi, heyva otaq temperaturunda saxlandıqda dərhal qaralan meyvədir. Bunun qarşısını almaq üçün heyvanın qabığını soyandan sonra dərhal limonlu suya qoyun. Limonlu su turşulu quruluşu sayəsində heyvanın qaralmasının qarşısını alır.
Şəkər tərkibinə diqqət edin

Heyvaları limonlu sudan çıxarın, yarıya bölün, toxumlarını təmizləyin və qazana qoyun. Bu mərhələdə şəkərin tərkibinə çox diqqət yetirmək lazımdır. Daha az şəkər əlavə etsəniz, tutarlılıq çox sulu olacaq. Hər heyva üçün yarım stəkan şəkərdən istifadə etmək kifayət edəcək. Şəkəri əlavə etdikdən sonra mixək, darçın çubuqları və heyva toxumlarını əlavə edib gözləyirik.
Aşağı istilikdən istifadə edin
Şəkər əriyib heyvalar sulanmağa başlayanda qazanı ocağın üstünə qoyub vam odda bişirməyə başlaya bilərsiniz. Şirinliyini artırmaq üçün limon suyu əlavə edə bilərsiniz. Daha sürətli bişirmək istəyirsinizsə, heyvaları soba qabına qoyub sobada bişirməyə də cəhd edə bilərsiniz.

Heyva desertinin tutarlılığı istədiyiniz kimi olduqda ocağı söndürün və mixək, darçın çubuqlarını çıxarın. Bu arada, heyvaları dərhal süfrəyə verməyin. Bunun əvəzinə üzərini örtün və ən azı 15 dəqiqə gözləyin. Gözlədilmiş heyvaları süfrəyə verdikdən sonra üzərinə qaymaq və qoz əlavə edərək süfrəyə verə bilərsiniz.
Mənbə: Lezzet
Tərcümə etdi: Nuran Əhmədzadə
