Bu gün:

Boğulma zamanı ilkin tibbi yardım


Boğulma zamanı nəfəs almaqda çətinlik, sürətli və dərin nəfəs alma, üzdə və dəridə göyərmə, huşunu itirmə kimi hallar müşahidə edilir. İlk yardım qaydalarını yaxşı bilmək suda boğulma təhlükəsi ilə üzləşmiş insanların həyata qayıtmasına kömək edə bilər. Üzməyi bilsən belə, əvvəlcə suda boğulan adamın yanına xilasedici jilet, xilasedici şamandıra və kəndir kimi əşyaları atmaq lazımdır. Həmçinin suda boğulan şəxsi xilas etmək üçün yaxşı üzgüçü olmaq lazımdır. 


Çünki boğulan adam həyacanlanacaq, bu sizin də boğulmağınıza səbəb ola bilər. Boğulan şəxs sahilə çıxarıldıqdan sonra görüləcək ən vacib və ilk iş təcili tibbi yardıma zəng etməkdir. Çağırışdan sonra digər xilasetmə müdaxilələri edilməlidir. Müdaxilə zamanı peşəkar qrupların hadisə yerində olması həyati əhəmiyyət kəsb edir. 

Boğulan şəxsə ilk yardım vacibdir


Boğulma təhlükəsi olan şəxsi sudan çıxardıqdan sonra ağzında diş protezi, yad və sərt cisimlər varsa, ilk növbədə onları çıxarmaq lazımdır. Daha sonra boğulan şəxs sərt yerə uzandırılmalı, çənəsi yavaş-yavaş qaldırılmalı, bədən xəsarətləri və ya onurğa sınıqları ola biləcəyi üçün süni tənəffüs etməyə başlanılmalıdır. Boğulan şəxs nəfəs almırsa, dərhal xilasetmə tənəffüslərinə başlamaq lazımdır. Xilasetmə nəfəsləri 1 dəqiqə, təxminən 10 nəfəs davam etməlidir. Xilas edilən şəxs huşsuzdursa, nəfəs almırsa və nəbzi yoxdursa, həkim briqadalarını gözləyərkən arxası üstə yatmış şəxsə ürək masajı edilməlidir. Ürək masajı dəqiqədə ən azı 100 dəfə edilməlidir. Ətrafınızda sizə kömək edəcək kimsə yoxdursa, hər 30 ürək masajından sonra iki dəfə ağızdan nəfəs verilməlidir. Hadisə yerinə tibb işçiləri gələnə qədər ürək masajı davam etdirilməlidir.

“Uşağınızı gözünüzdən kənara qoymayın”


“Su və bədən istiliyi fərqli olduğundan və pisləşməyə səbəb olacağı üçün suya dərhal girilməməlidir. İnsan naməlum yerdə və ya tək üzməməli, dərinliyi bilinməyən suya tullanmamalıdır. Suvarma kanallarında, bəndlərdə və gölməçələrdə üzməməlisiniz. İnsan boğulmaq üzrə olan və mübarizə aparan birini görəndə, üzməyi bilmirsə, onu xilas etmək üçün suya atılmamalıdır. Bundan əlavə, plastik üzgüçülük vasitələrinə çox etibar edilməməlidir. Çünki dənizdəki axıntı açıq yerə sürükləyə bilər. Spirtli içki içdikdən və ya yeməkdən dərhal sonra hovuza və ya dənizə girməməlisiniz. Xüsusilə də, uşağınız üzməyi bilsə və qolcuqları olsa belə, suda tək qalmamalıdır".

Mənbə: Gelisim hastanesi

Tərcümə etdi: Nuran Əhmədzadə 


 

Paylaş
Şərh əlavə et