Ağız gigiyenası üçün müntəzəm olaraq istifadə edə biləcəyiniz ağız qarqara suyunu özünüz hazırlaya bilərsiniz.
Ağız qarqarası və ya qarqara kimi təklif olunan qarışıqlar diş həkimləri tərəfindən ağız boşluğunun gigiyenasını qorumaq üçün vacib bir məhsul kimi tövsiyə edilir. Lakin ticarətdə mövcud olan müxtəlif kimyəvi maddələrdən ibarət məhsulları bəyənmirsinizsə və daha təbii alternativ hazırlamaq istəyirsinizsə, özünüz üçün rahatlıqla ağız qarqara suyu hazırlaya bilərsiniz.
Evdə hazırlanmış ağız yaxalama suyu:
• 400 ml (2 stəkan) içməli su
• 2 çay qaşığı dəniz duzu
•15 damcı nanə yağı
• 10 damcı limon yağı
• 10 damcı çay ağacı yağı
• 1 çay qaşığı kalsium karbonat
Tərkiblərinizi bir qabda yaxşıca qarışdırın. Qapaqlı bir şüşəyə tökün və mümkünsə 2 həftə ərzində istifadə edin.
Dəniz duzu antiseptik xüsusiyyəti ilə ağızdakı bakteriyaları aradan qaldırır, ağız yaraları və xərçəng yaraları üçün də çox təsirlidir. Çay ağacı yağı və nanə yağı da eyni şəkildə fəaliyyət göstərir, mikrobları öldürür, bakteriya və göbələklərin əmələ gəlməsinin qarşısını alır və ağız içini yaxşı təmizləməyə kömək edir. Kalsium karbonat dişləri ağardır və gücləndirir. Limon yağı da dişləri ağartmağa kömək edir. Nanə yağı digər maddələrlə birlikdə ağız qoxusuna səbəb olan faktorları aradan qaldıraraq diş ətini yüngülləşdirməyə kömək edir. Qarışıq antibakterial olsa da qarışığın içindəki su digər komponentlərdən ayrılaraq zamanla bəzi bakteriyaların böyüməsinə səbəb ola bilər. Ona görə də hazırladığınız mayeni iki həftə ərzində istifadə edib soyuducuda saxlamağınız məsləhətdir.
Necə istifadə etməli?
İstifadədən əvvəl yaxşıca çalxalayaraq şüşədəki qarışığı homojen hala gətirin. Dişlərinizi fırçaladıqdan sonra ağzınızı bir qurtumla yuyun. Mümkünsə yorulana qədər silkələyin və tüpürün. Mayeni udmamağa çalışın.
Ağız baxımına kömək edən digər təbii təcrübələr
Qrip, soyuqdəymə, faringit kimi boğazınıza mənfi təsir edəcək bir xəstəliyiniz varsa, adaçayı və dəniz duzu ilə boğaz təmizləyici qarqara hazırlaya bilərsiniz. Bir stəkan qaynadılmış suya iki xörək qaşığı adaçayı əlavə edin və çox sıx bir bitki çayı dəmləyin. 10 - 15 dəqiqə dəmləndikdən sonra süzün, hələ isti ikən 1 çay qaşığı dəniz duzu əlavə edin və yaxşı qarışdırın. Bu qarışıqla gündə üç dəfə dərindən qarqara edin.
İstifadə etdiyiniz diş pastasını diş fırçanıza sıxdıqdan sonra bir damla çay ağacı yağı əlavə edib dişlərinizi belə fırçalaya bilərsiniz. Çay ağacı yağı dişləri və diş ətlərini dərindən təmizləməyə kömək edəcək.
Dil təmizləyicisi istifadə edin. Gündə iki dəfə, səhər oyanarkən dişlərinizi fırçalamadan əvvəl və axşam dişlərinizi fırçaladıqdan sonra təmizləmək ağız içini daha ətraflı təmizləməyə kömək edərək sağlamlığınızı qoruyacaq.
Mənbə: Habertürk
Tərcümə etdi: Samirə İsmayılova
