Bu gün:

Yağışdan sonrakı torpaq qoxusunun mənbəyi nədir?


Yağışdan sonra torpağın quruluşu və bitki müxtəlifliyi kimi səbəblərdən ətraf mühitdə müxtəlif qoxular yarana bilər.  Bu səbəbdən yağışdan sonra burnumuza gələn qoxuları hamımız fərqli təsvir edə bilərik. Ancaq bu mövzuda ən çox təsvir edilən qoxu torpaq qoxusu olaraq ifadə edilən qoxudur. 

Bu qoxunun mənbəyi torpaqda tapılan aktinomiset adlanan bakteriyalardır. Bu bakteriyalar torpaq nəm olanda inkişaf edir və torpaq quruyanda sporlar əmələ gətirərək çoxalmağa başlayır. Yağış yağanda torpaqdakı bu sporlar yağış damcılarının təsiri ilə havaya keçir. Yağış dayandıqdan sonra ətrafdakı rütubətli hava sporları yerdən yerə aparır və burnumuza çatdırır. Beləliklə, biz torpaq qoxusu kimi təsvir etdiyimiz aromatik bir qoxu alırıq.

Mənbə: bilimgenç.tubitak
Tərcümə: Günay Ələsgərova

Paylaş
Şərh əlavə et