Bu gün:

İltihab nədir?


İltihab bədənin hər hansı bir zərərə qarşı normal qoruyucu reaksiyasıdır. İltihab ağ qan hüceyrələrimizin bizi bakteriya və ya viruslar kimi xarici faktordan qoruması demək olsa da, hər hansı bir zədə zamanı da iltihab baş verir. Məsələn, idman edərkən gərginləşdiyiniz zaman zədələnmiş nahiyə tez-tez ağrılı, şişkin və iltihablı olur.

Kəskin iltihab immun sisteminin cəmi bir neçə gün davam edən reaksiyasıdır və ümumiyyətlə, sağlamlığınız üçün faydalıdır, lakin o, həm də arzuolunmaz hisslərə, qaşınma və ya ağrıya səbəb olur. 

Kəskin iltihabın beş əlaməti və ya simptomu var: Səpgi, qızdırma, şişlik, ağrı və bədənin təsirlənmiş hissəsinin hərəkətində zəiflik. Bəzi iltihablar kiçik olsa da, yalnız kiçik bir sahəyə təsir edir və öz-özünə sağalır, bəziləri böyük bir sahəyə yayıla, ağrılı ola bilər və müalicə tələb edə bilər.

Mənbə: voltapatch
Tərcümə etdi: Aydan İbrahimli

Paylaş
Şərh əlavə et