Bu gün:

Günorta yuxusu zərərlidirmi?


Sleep Health jurnalına görə, tədqiqatçılar günorta yuxusu ilə beyin həcminin arasında əlaqə qura biliblər. Müvafiq olaraq, ara-sıra yuxulamaq beynin ümumi həcminin uzun müddətdə daha böyük qalmasına kömək edir. Bu, sonrakı yaşlarda başda demans və ürək problemləri olmaqla bir çox xəstəliklərin riskini azaldır.

Günorta yuxusu yüksək təzyiq verir? 

Hipertoniya jurnalında yazılanlara görə, qısa bir günorta yuxusu göründüyü qədər məsum və zərərsiz deyil. Əksinə, çinli mütəxəssislərin araşdırmasına görə, tez-tez və ya müntəzəm yuxular heç vaxt yatmayanlarla müqayisədə, 12 faiz yüksək qan təzyiqi riski və 24 faiz daha çox insult riski ilə əlaqələndirilir. Bununla belə, sözügedən araşdırmanın subyektləri arasında kişilərin çox yüksək faizi, təhsili və gəlir səviyyəsi aşağı olan iştirakçılar, müntəzəm siqaret çəkən və spirtli içki qəbul edən insanlar, yuxusuzluqdan əziyyət çəkən və ya "gecə bayquşu" olma ehtimalı daha yüksək olan insanlar iştirak edirdi. Yorğun hiss edənlərin zaman-zaman günün ortasında 20-30 dəqiqəlik qısa yuxu fasiləsi verməsi beyin və ürək sağlamlığı üçün çox faydalıdır. Bununla belə, mütəxəssislər, xüsusilə, gecələr yuxusuzluqdan əziyyət çəkənlərin günorta yuxuya getməmələrinin daha sağlam olacağını vurğulayırlar.

Mənbə: cildimveben
Tərcümə etdi: Aydan İbrahimli

Paylaş
Şərh əlavə et