Bu gün:

Balqabaq tumlarını necə təmizləyək?


Balqabağın içindəki tumlar təmizlənir, sonra qovrulur. Tumları çıxarmaq üçün balqabağın yuxarı hissəsində bir deşik açın. 

Balqabağın tumlarını çıxarmaq üçün bir qaşıqdan istifadə edin. Balqabağın dibindən başlayın. Balqabaq tumlarını axan suyun altında qabda yuyun. Durulamağı təkrarlayın. Əgər durulamadan sonra qabınızda artıq su qalırsa, onu ehtiyatla boşaldın və qabı təmiz su ilə doldurun. 

Toxumları suyun üstündən çıxarın və süzgəcə qoyun. Üzən toxumları süzgəcə köçürmək üçün təmiz əllərinizdən və ya skimmerdən istifadə edin. Bütün toxumlar süzgəcə yerləşdirildikdən sonra, artıq zibilləri çıxarmaq üçün onları təmiz axan su ilə yuyun.

Balqabaq tumlarını yaxaladıqdan sonra perqament - yağlı kağızın üzərinə yayın. Bir-birinə yapışmaması üçün onların heç birinin bir-birinə toxunmadığından əmin olmağa çalışın. Kağız dəsmal yerinə yağlı kağızdan istifadə etsəniz, balqabaq tumlarınız bir-birinə yapışmayacaq.

Mənbə: Lezzet 

Tərcümə etdi: Nuran Əhmədzadə 


Paylaş
Şərh əlavə et