Bu gün:

Kaktus nə zaman çiçək açır?



Son zamanların ən məşhur bitkilərindən biri olan kaktusların çiçək açdığını çoxları bilmir. Düzgün qulluq edilərsə, kaktuslar yayda çiçək aça bilər. Kaktus necə çiçək açır? Kaktuslar nə vaxt çiçək açır? Kaktusun çiçəklənməsi üçün nə etmək lazımdır?


Kaktus necə çiçək açır?

Kaktuslara düzgün qulluq edildiyi müddətcə uzun illər yaşayır. Kaktusa düzgün qulluq etməyin ilk qaydası ona az su verməkdir. Yaz aylarında ayda bir dəfə suvarma kifayətdir. Qışda su verməmək belə kaktusları öldürməz. Başqa sözlə desək, kaktusun suvarılmasını nəzarətli şəkildə etmək lazımdır. Torpaq çox quruyana qədər heç vaxt su verməyin.

Kaktuslar ildə bir dəfə çiçək açır. Təbii ki, bu, kaktusun növündən asılı olaraq fərqli ola bilər. Kaktusun çiçək açan çiçəyi təxminən 3-4 həftə yaşayacaq. Bir il sonra növbəti dəfə çiçəkləyəcək.

Onun çiçəklənməsi üçün kaktusunu düzgün saxsıya qoymaq lazımdır. Kaktusun və saxsının ölçüsü uyğun olmalıdır. Bundan əlavə, torf çiçəyi torpağından istifadə etmək daha məqsədəuyğun olardı. Bundan əlavə, kaktusun kifayət qədər günəş almasını təmin etmək onun çiçəklənməsi üçün faydalı olacaq.


Mənbə: Posta.com.tr 

Tərcümə etdi: Aydan Qasımova 

Paylaş
Şərh əlavə et